1. Düzgün və ya müstəqil denitriləşmə- burada NO3 parçalanması torpaqda olanPseudomonas, Achoromobacter, Micrococcos kimi xüsusi bakteriyaların iştirakı ilə gedir. Bu bakteriyalara həmçinin göl və gölməçələrdə də rast gəlinir.
2. Dolayı yolla gedən denitriləşmə prosesi- turş mühitdə kimyəvi yolla amin turşuları ilə nitrat turşusunun qarşılıqlı təsiri nəticəsində yaranır.
Mövzu 24: Torpaqda fosforunun miqdarı və birləşmələrinin formaları. Plan: 1. Müxtəlif torpaqlarda fosforun ümumi miqdarı. 2. Torpaqda fosforun mineral və üzvi birləşmələri. 3. Torpaqlar tərəfindən fosfatların kimyəvi birləşdirilməsi. 4. Bitkilər tərəfindən mənimsənilə bilən torpaq fosfatları.
1.Müxtəlif torpaqlarda fosforun ümumi miqdarı. Torpaqlarda fosforun ümumi miqdarı azot və kaliumdan az olsa da, amma onun çoxlu sayda birləşmələri həmişə fəaliyyətdədir. Fosfor təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Onun mühüm təbii birləşmələrindən fosforiti Ca3(PO4)2 , flüor və xlorapatiti 3Ca3(PO4)2 . CaX2 (X=F,Cl) və hidrooksoapatiti 3Ca3(PO4)2 . Ca(OH)2 göstərmək olar.
Bitki orqanizmin daxililndə gedən bütün həyatı proseslərdə fosforun çox böyük fizioloji əhəmiyyəti vardır.Bitkilər fosforun yalnız yüksək oksidləşmiş formada ortofosfat turşusu (H3PO4) -nun (PO43-) şəklində mənimsəyirlər. Yaşlı insanın orqanizmində təqribən 4,5kq fosfor olur. Canlı orqanizmlərdə fosfor turşusunun mürəkkəb efirləri (fosfolipidlər, inozitfosfatlar və s.) mühüm rol oynayırlar. Fosforun bəzi üzvi birləşmələri P-C rabitəsi ilə əlaqəlidirlər. Fosfor torpağa əsasən bitki və heyvan qalıqları, gübrələr, ən çox isə torpaqəmələgətirən süxurlar vasitəsi ilə daxil olur. Həmçinin, texnogen yolla daxil olan insektisidlər və funqisidləri də misal göstərmək olar. Fosfor birləşmələrinin böyük bir miqdarı məişətdə yuyucu materialların tərkibinə daxildir. Belə ki, yuyucu tozların tərkibində 10-12% kalium pirofosfat yaxud 40-50%-ə qədər natrium tripolifosfat komponentləri vardır. Bunların hamısı məişət və sənaye tullantıları formasında torpağa daxil olur.
Atmosferdə fosfor yoxdur (kosmik tozla ildə hər hektara gətirilən bir neçə qram fosfor hesaba alınmazsa). Fosfor torpaqda müxtəlif turşular əmələ gətirir.Təbii şəraitdə bitkidən ötrü başlıca fosfor mənbəyi ortofosfat turşusunun duzlarıdır.Lakin müəyyən edilmişdir ki, hidrolizdən sonra pirofosfatlar da bitkilər tərəfindən istifadə edilə bilər. Metafosfatlar isə hidrolizsiz də mənimsənilir. Torpaqlarda fosfora demək olar ki, tamamilə orta fosfatlar şəklində rast gəlinir. Ortofosfat turşusu üç əsaslı olduğundan üç anion H2PO̷4 , HPO̷ʹ4 və POʹ4ʹʹ anionlarını disossasiya edir.Əksər bitkilərin becərildiyi zəif turş reaksiyalı mühitdə H2PO̷4 ən çox yayılmışdır.
Torpaqlarda təsadüf edilən bütün birvalentli kationların və ortofosfat turşusunun duzları suda yaxşı həll olur və bütün kənd təsərrüfatı bitkiləri tərəfindən asanlıqla mənimsənilir. Birvalentli kationların və metafosfat tuşusunun duzları da suda həll olur.
Ikivalentli kationların və ortofosfat turşusunun iki əvəz olunmuş duzları isə suda həll olmur, lakin zəif turşularda, o cümlədən köklər tərəfindən torpağa buraxılan və mikroorqanizmlərin həyat fəaliyyəti prosesində torpaqda əmələ gələn üzvi turşularda həll olur. Bu səbəblər nəticəsində ikivalentli kationların və H3PO4-un iki əvəz olunmuş duzları bitkilərdən ötrü əsas fosfor mənbəyi hesab edilir.
Ikivalentli kationların üç əvəz olunmuş fosfatları bitkilər tərəfindən daha çətin mənimsənilir. Çunki,bu duzlar suda praktik olaraq həll olmur. Lakin, zəif turşularda o da üstünlüklə təzə çökmüş halda və amorf vəziyyətdə olduqda az miqdarda həll olması ilə fərqlənir. Duzlar kristallik vəziyyətə keçdikcə və ya vaxtı keçdikcə, yəni «köhnəldikcə» onların həlolma dərəcəsi kəskin aşağı düşür və fosforun bitki tərəfindən mənimsənilməsi azalır. Lakin, D.N.Pryanişnikova görə bir çox bitki qrupları (acı paxla, qarabaşaq, xardal) vardır ki, onlar mühitdə yalnız kalsiumun üç əvəz olunmuş fosfatların və ya narın üyüdülmüş şəkildə təbii fosforitlərin olması şəraitlərində fosforla qidalanması qabildir. Noxud, çətənə və xaşa da yuxarıda göstərilən bitkilərə nisbətən az da olsa fosforitdən fosforu mənimsəyirlər. Bitkilərin çətin həll olan fosfatlardan fosforla qidalanma qabiliyyəti əsasən kök sistemi ifrazatının turşuluğundan çox asılıdır. Məsələn, acı paxlanın kökətrafı zonanı əhatə edən məhlulda pH 4-5 təşkil edir, lakin üçyarpağın kökətrafı zonasında isə 7-8-dir. Torpaq fosfatları fosfat turşusunun (H3PO4) törəmələridir. Orta fosfat turşusu üç cür duz əmələ gətirir.