Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Müasir torpaq kimyasının dörd başlıca istiqaməti: torpaq kütləsinin kimyası, torpaq proseslərinin kimyası, torpaq münbitliyinin kimyası, analitik torpaq kimyası



Yüklə 0,65 Mb.
səhifə28/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   24   25   26   27   28   29   30   31   ...   161
t.kimya, 1,3

Müasir torpaq kimyasının dörd başlıca istiqaməti: torpaq kütləsinin kimyası, torpaq proseslərinin kimyası, torpaq münbitliyinin kimyası, analitik torpaq kimyası

Müasir torpaq kimyasının dörd başlıca istiqaməti müəyyən edilmişdir:
1) torpaq kütləsinin kimyası,
2) torpaq proseslərinin kimyası,
3) torpaq münbitliyinin kimyası,
4) analitik torpaq kimyası. Bu istiqamətlərin hər biri ayrılıqda yarımbölmələrə bölünür. Torpaq kütləsinin kimyası üç yarımbölmədə aşağıdakı problemləri öyrənir:
a) torpağın tərkibi haqqında təlimdə: torpağın element tərkibi, faza tərkibi, bərk fazanın tərkibi, maye fazanın tərkibi, qaz fazanın tərkibi, fazalar sistemində tarazlıq,
b) torpaq komponentlərinin quruluşu və xassələri: sadə duzlar, oksidlər və hidroksidlər, gilli minerallar, humus, üzvimineral maddələr,
c) torpağın xassələri: udma qabiliyyəti, mühitin reaksiyası, kimyəvi-kolloidal xassələri, oksidləşmə-reduksiya rejimi.
Torpaq proseslərinin kimyası dörd yarımbölmədə aşağıdakı problemləri öyrənir:
a) torpaqəmələgəlmədə maddələr tərkibinin transformasiyası: mineralların sintezi və parçalanması, üzvi qalıqların parçalanması, humus maddələrinin sintezi, yeni əmələgələn maddələrin kimyası,
b) differensasiya olunmuş torpaq profilində kimyəvi proseslər,
c) torpaq profillərində və landşaftlarda kimyəvi birləşmələrin miqrasiyası və akkumulyasiyası,
d) torpağın tərkibi və xassələrinin hidrotermiki və bioloji şəraitlərdən asılılığı.
Torpaq münbitliyi kimyası dörd yarımbölmədə aşağıdakı problemləri öyrənir:
a) qida elementlərinin ehtiyatı: ümumi ehtiyatları, qida ehtiyatı,
b) qida maddələrinin balansı: xam landşaftlarda elementlərin balansı, aqrofitosenozda elementlərin balansı,
c) elementlərin mütəhərrikliyi və bitkilərə daxil olmasının kimyəvi əsasları: birləşmələr və onların mütəhərrikliyi, elementlərin mənimsənilməsi və termodinamiki əsasları,
d) torpaq münbitliyinin nizamlanmasında kimyəvi tədbirlər.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin