X. Fənn üzrə tələblər, tapşırıqlar: Fənnin öyrənilməsi nəticəsində tələbə bilməlidir:- torpağın element və faza tərkibini, xassələrini tədqiq etmək;
- torpaqda baş verən prosesləri ion molekulyar və kolloid səviyyədə öyrənmək; öyrənmək;molekulyar və kolloid səv
- üzvi qalıqların torpaqda çevrilməsi proseslərini;
-torpaqda humus maddələr sisteminin yaranmasını;
-humusun iki qrupu: qeyri-spesifik üzvi birləşmələri (şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələr, üzvu turşular) və spesifik üzvi birləşmələrinə xüsusi diqqət yetirməlidirlər.
-torpağın turşuluğu, qələviliyi və buferliyini bilməlidir.
XI.İmtahan sualları:
1.Torpaq kimyası – torpaqşünaslığın bir bölməsi kimi onun məqsədi, vəzifələri
və metodları.
2.Müasir torpaq kimyasının dörd başlıca istiqaməti: torpaq kütləsinin kimyası,
torpaq proseslərinin kimyası, torpaq münbitliyinin kimyası, analitik torpaq kimyası.
3.XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı.
4.XX əsrdə və XXI əsrin ilk onilliyində torpaq kimyasında aparılan tədqiqatlar.
5.Azərbaycanda torpaq kimyasının inkişafında H. Zərdabinin xidmətləri
6.Təbii-tarixi cisim kimi torpağın kimyəvi xüsusiyyətləri.
7.Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən polikimyalaşma, heterogenlik və polidisperslilik prosesləri.
8.Torpağın element və faza tərkibi haqqında ümumi məlumat.
9.Torpağın bərk (mineral və üzvi hissə), maye (torpaq məhlulu), qazşəkilli (torpaq havası),
canlı (torpaq canlıları) fazaları, onların qarşılıqlı təsiri.
10.Ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin torpağın rənginin
formalaşmasında əhəmiyyəti.
11.Torpağın rəngi onun əsas makromorfoloji əlaməti kimi aqronomik əhəmiyyəti.
12.Dəmir, humus və başqa element birləşmələrinin torpağın əksetdirmə qabiliyyətinə təsiri.
13.Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən mineral azotlu birləşmələr.
14.Bitkilər tərəfindən suda həll olan fosforun mineral formalarının mənimsənilməsi.
15.Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi elementlərin ehtiyatı: bilavasitə, yaxın,
potensial ehtiyat elementləri və onların miqdarı.
16.Şoran torpaqların müxtəlif fraksiyalarında natrium və kaliumun miqdarı.
17.Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi-torpaq elementlərin birləşmələri.
18.Torpaq məhlulunun tərkibi və konsentrasiyası. Torpaq məhlulunun osmotik təzyiqi.
19.Torpaq kolloidləri, onların tərkibi və xassələri
20.Torpağın uduculuq kompleksinin tərkibi və quruluşu.
21.Kationların fiziki-kimyəvi və ya mübadilə yolu ilə udulmasının əsas qanunauyğunluqları.
22.Torpaqda oksidləşmə-reduksiya prosesləri.
23. Alüminium birləşmələri və torpaq turşuluğu problemləri.
24.Silisiumun təbiətdə yayılmasi və əsas təbii birləşmələri.
25.IV-qrupun əsas yarımqrupda yerləşən karbonun təbiətdə sərbəst və birləşmələr şəklində yayılması.
26.Torpaqda qeyri-spesifik üzvi birləşmələr.
27.Humusun tərkibi və humus maddələri.
28.Humin turşuların tərkibi və xüsusiyyətləri.
29.Fulvoturşular tərkibi və xüsusiyyətləri
30.Humin maddəsi-tərkibi və xassələri.
31.Humufikasiya və humusəmələgəlmə.
32.Humus turşularının yaranması haqqında hipotezalar.
33.Humus maddələrinin torpağın mineral komponentlərlə qarşılıqlı təsiri.
34.Humus maddələrinin kimyəvi maddələr və çirkləndiricilərlə qarşılıqlı əlaqəsi.
35.Torpaqda azotlu üzvi maddələrin parçalanmasının ümumi sxemi-ammonifikasiya.
36.Ammonyakın nitratlara qədər oksidləşməsi-nitrifikasiya.
37. Nitrat azotunun mikroorqanizmlər vasitəsilə sərbəst qazşəkilli azota
qədər (N2) reduksiyası-denitrifikasiya.
38.Torpaqda fosforunun miqdarı və birləşmələrinin formaları.
39.Torpaqda fosforun mineral və üzvi birləşmələri.
40. Torpaqlar tərəfindən fosfatların kimyəvi birləşdirilməsi.
41. Bitkilər tərəfindən mənimsənilə bilən torpaq fosfatları.
42.Torpaqda kaliumun miqdarı və formaları.
43.Torpaqlarda kükürd birləşmələri və dinamikası.
44.Bitkilərin qidalanması üçün kükürd mənbəyi- sulfatlar.
45.Neytral və zəif qələvi torpaqlarda dəmirin mütəhərrikliyi.
46.Turş torpaqlarda dəmir birləşmələrinin zəhərli təsirinin aradan qaldırılması.
47.Torpaqda mikroelementlərin miqdarı və birləşmələri.
48.Mikroelementlərin əhəmiyyəti və torpaqda tənzimlənmə yolları
49.Torpaqda olan təbii və süni radioaktiv elementlər
50.Bitkiçilikdə radioaktiv maddələrdən istifadə olunmasının ən perspektiv üsulu.
“Torpaq kimyası” fənninin sillabusu 050709-“Torpaqşünaslıq vəaqrokimya” ixtisasının tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir.
Sillabus «Baytarlıq və aqrar fənlər» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (11 fevral 2022-ci il, protokol № 05 )