Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə34/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   30   31   32   33   34   35   36   37   ...   161
t.kimya, 1,3

Serqey Vladimiroviç Zonn (1902-2002) meşə və tropik torpaqşünaslığın nailiyyətləri onun adı ilə bağlıdır. Bütün materiklərin torpaqları haqqında təsnifat, coğrafiya, genezis və torpaqəmələgəlmənin mexanizmi haqqında original hipotezlər irəli sürdü. O, tarla təcrübələri vasitəsilə bir sıra duzların torpağın uducu kompleksindən mübadiləvi natriumun çıxarılması mexanizmini işlədi:
CaC244)3K 2SO4.24H2O4

V.Zonn, 1982-ci ildə «Dəmirin torpaqda rolu» və 1992-ci ildə isə «Alüminiumun torpaqəmələgəlməsində rolu və bitkilərə təsiri» kitabları işıq üzü gördü.


İvan Vladimiroviç Tyurin (1892-1962) görkəmli torpaqşunas-genetik və torpaqşünas-kimyaçı idi. O, torpağın üzvi maddələri haqqında olan baxışlar sistemini yaratdı və humusu təbiətin yüksək molekullu maddələr qrupuna aid edərək, onun əmələgəlməsini bioloji proseslərlə əlaqələndirdi. V.İ.Tyurin torpaqda karbonun və azotun üzvi birləşmələrinin təyinedilmə metodunu işlədi. O, torpaqda azot fondunun istifadəsinin mühüm prinsiplərini formalaşdırdı.
Vera Vladimirovna Ponomaryeva (1908-1978) – müxtəlif tip torpaqların tərkibinin, xassələrinin, humusun miqdarının genezis və münbitliklə hansı rabitədə olma təliminin əsasını yaratdı. O, qara, şabalıdı, boz-meşə, qonur-meşə, podzol və başqa torpaq tiplərində profildə humusun formalaşma prosesini öyrənmişdir. Torpaqəmələgəlmənin mahiyyətində biokimyəvi təsvirlərin inkişafına əsaslanaraq, podzol əmələgəlmə prosesinin original konsepsiyasını irəli sürdü. Lyudmila Nikolaevna Aleksandrova (1908-1983). Torpaqda üzvi-mineral maddələrin qarşılıqlı təsir mexanizmi haqqında fundamental tədqiqatlar aparmışdır. O, humus maddələrinin metal kationlara, hidroksidlərlə, alümosilikatlarla qarşılıqlı təsir nəzəriyyəsini işləyərək, humus turşularnın üzvimineral təsnifatını yaratdı. Daha sonra humin maddələrinin torpaqda bərkimə mexanizmini aydınlaşdırdı. 1966-cı ildə Aleksandrova humuslaşma prosesində yeni hipotez irəli sürdü. Bunun mahiyyətində turşuların yaranması azotlu molekulların formalaşması və yeni humus turşularının transformasiyası dururdu.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin