Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


XX əsrdə və XXI əsrin ilk onilliyində torpaq kimyasında aparılan tədqiqatlar



Yüklə 0,65 Mb.
səhifə32/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   28   29   30   31   32   33   34   35   ...   161
t.kimya, 1,3

XX əsrdə və XXI əsrin ilk onilliyində torpaq kimyasında aparılan tədqiqatlar.

XX əsrin birinci 30 ili torpaqların udma qabiliyyətinə və torpaq kolloidlərinə həsr edilmiş əsərlərin meydana gəlməsi ilə səciyyələnir. Bu dövr məşhur İsveç alimləri Q.Viqnerin , S. Mattsonun və böyük rus tədqiqatşısı K.K.Hedroysun adları ilə sıx bağlıdır. Bu üç alim torpaq koloidlərini və torpağın udma qabiliyyətini öyrənən və inkişaf etdirən böyük elmi məktəb yaratdılar. İkinci dünya müharibəsindən sonra sovet torpaqşünaslığın və aqrokimyanın sürətli inkişafı, yeni-yeni sahələrin və təlimlərin yaranması mərhələsi XX əsrin 90-ci illərinə kimi davam edir. Bu dövrdə D.N. Pryanişnikov tərəfindən bitkilərin qidalanması sahəsində iri nəzəri məsələlərin işlənməsi, gübrələrin optimal normada tətbiqi və ölkədə aqrokimyəvi xidmətin yaradılması ilə aqrokimya elminin sonrakı inkişafı başlayır. Torpağın üzvi maddəsinin (İ.V.Tyurin, M.M.Kononova, L.N. Aleksandrova, V.V. Ponomaryova, D.S. Orlov və b. ) , torpağın fiziki-kimyəvi və kimyəvi xassələrinin öyrənilməsi (A.N. Sokolovskiy, İ.N. Antipov – Karatayev, N.İ. Qorbunov , N.Q. Zirin və b.) əsasında torpaq-aqkimyəvi və aqronomik tədqiqatların inkişafı mərhələsi olmuşdur. Bu mərhələdə torpaqlardan səmərəli istifadə edilməsində, meliorasiya məqsədlərindən ötrü düzgün qiymətləndirilməsində, gübrələrdən səmərəli istifadə, eroziya ilə mübarizə və torpaqların mühafizəsi məsələlərində torpaqşünaslıqla bərabər aqrokimya elminin rolu xeyli artmışdır.

XX əsrin əvvəllərində torpaq kimyası istiqamətində çox iri həcmli işlər aparıldı. Bunlara torpaq turşuluğu problemini, torpağın udma qabiliyyəti məsələlərini, torpaq məhlulu haqqında olan tədqiqatları, humifikasiya prosesinin kimyəvi və biokimyəvi əsaslarını aid etmək olar.Torpaq tərşuluğunun təbiəti haqqında Amerika alimi T.P.Veyts (1904) və Yapon alimi Q.Daykuxara (1914) mükəmməl tədqiqat işləri aparıb və nəşr etdirmişdilər. Bu alimlərin tədqiqatlarının nəticələri indi də müzakirə obyekti hesab edilir. Məşhur rus alimi V.A.Çernov da (1901-1960) torpaq turşuluğu haqqında fundamental tədqiqatlar aparmışdır. Onun «Torpaq turşuluğunun təbiəti» barədə yazdığı kitabında sübut etmişdir ki, turş torpaqların əksəriyyətində mübadiləvi Al3+ üstünlük təşkil edir, mübadiləvi H+ isə yüksək humuslu və torflu torpaqlar üçün xarakterikdir. V.A.Çernovun tədqiqatlarının ikinci mühüm istiqaməti torpaqda olan duzların diffuziya prosesi ilə əlaqəli hərəkəti hesab edilir. Onun işləri ilə sübut olunmuşdur ki, FİK qanununu birbaşa torpaqda ionların diffuziya prosesinə tətbiq etmək mümkündür. Bunu torpaqda Cl- və NO3- - anionlarının timsalında daha yaxşı başa düşmək olur. Torpağın udma qabiliyyətinə Aleksey Nikolayeviç Sabanin də (1847-1920) çox maraqlı tədqiqatlar həsr etmişdir. Onun maraq dairəsi çox geniş idi. Belə ki, torpağın istilik xassələrinin kimyəvi tərkibinə təsiri haqda və humin turşularının öyrənilməsində alimin xidmətləri misilsizdir. Onun torpağın qranulometrik tərkibinin və humusun təyini haqda olan modifikasiyaları indi də istifadə olunur. Böyük torpaqşünas, aqrokimyaçı, fiziko-kimyaçı alim olan Konstantin Kaetanoviç Hedroyts (1872-1932) torpağın kimyəvi analiz üsullarını və ümumiyyətlə torpaq kimyasının fundamental əsaslarını yaratdı. O, 1897-ci ildə Peterburq Meşəçilik İnstitutunu, 1903-cü ildə isə Peterburq Universitetini vaxtından əvvəl bitirmiş və hərtərəfli təhsil almışdır. Onun ilk tədqiqatı torpaq məhlulunun qatılığı və temperaturuna həsr olunmuşdu. Hedroyts torpağın kimyəvi xassələrini idarə etməklə, onun münbitliyini yüksəltmək və kənd təsərrüfatı bitkilərinin keyfiyyətini, məhsuldarlığını artırmağa cəhd edirdi. K.K.Hedroyts 1908-ci ildən başlayaraq torpaqşünaslıqda kolloidlər kimyasının məsələlərinə dair silsilə əsərləri nəşr etdirdi. 1922-ci ildə isə «Torpağın udma qabiliyyəti haqqında təlim» kitabını nəşr etdirməklə bütün dünya elminə öz töhvəsini verdi. Hedroytsin işlərinin analizi göstərir ki, təcrübə ilə sıx əlaqə nəzəri problemlərin həllini sürətləndirir və təbiətdə yeni qanunauyğunluqların kəşfinə səbəb olur. Torpağın gübrələrə tələbatı problemlərinin həllində, müxtəlif qida elementlərinin bitkilərə daxil olması və kimyəvi meliorasiya haqqında Hedroytsin misilsiz xidmətləri olmuşdur. O, 1925-ci ildə torpaq təsnifatının prinsiplərini udulmuş kationların tərkibinə və torpağın uducu kompleksinin xüsusiyyətlərinə görə əsaslandıra bildi. Şoranların genezisinin fiziki-kimyəvi hipotezini işlədi. Mübadiləvi kationların bitkilərə təsirini öyrənərək, nəinki ənənəvi makroelementləri – Ca, Mg, Na, K, H, Al, həm də mikroelementlərə və ağır metallara aid olan – Pb, Cu, Cd, Ba, Sr, Co, Ni, Mn, Fe təsir mexanizmini araşdırdı. Bu işləri ilə Hedroyts torpaqda mikroelementlərin və ağır metalların normalaşdırma metodologiyasının əsasını qoydu, hansı ki, bu XX əsrin 50-70-ci illərində torpaq kimyasında böyük problem hesab edilirdi. XX əsrin ilkin onilliklərində isveçrə alimi Q.Viqner (1883-1935) və isveç alimi S.E.Matson (1886-1945) torpağın kolloid kimyasına və ion mübadiləsinə aid nəzəriyyələrin inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. 1912-ci ildə Viqner torpaqda ion mübadiləsinə aid ilk məqaləsini nəşr etdirir və bundan sonra özünün bütün ömrünü torpaqda kolloid sistemin xassələrini və kationların mübadiləsi qanunauyğunluqlarnın öyrənilməsinə həsr etmişdir. O, ion mübadiləsində ekstramitsel və intramitsel ideyalarını inkişaf etdirərək, suspenziya effektini (Viqner effekti) tədqiq etmiş, torpaq kolloidlərinin pıxtalaşma prosesinin riyazi analizini vermişdir. S.E.Matsonun işlərinin əsasını torpaqların kolloid sistemində asidoidlər, bazoidlər və amfolitoidlərin rolu təşkil edir. Matson hesab edirdi ki, bu çür yanaşma «iki tip aşınmanın podzol və laterit tipli torpaqların yaranması ilə nəticələnir». Viqner və Matsonun bu cür baxışları torpaq kimyasının xüsusi bölməsi sayılan kolloidlər və kationların mübadiləsi probleminin həllində böyük rol oynadı.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin