Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə40/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   36   37   38   39   40   41   42   43   ...   161
t.kimya, 1,3

Bütün torpaqların ümumi və ən əhəmiyyətli xassəsi - münbitliyidir. Genetik torpaqşünaslıq nəzəriyyəsinə görə, münbitlik torpağı əmələ gəldiyi dağ süxurundan ayıran ən vacib xassəsi, onun keyfiyyət göstəricisi, atributudur (atribut - predmetin, cismin, və ya sistemin elə xassəsidir ki, bunsuz predmet nə mövcud ola bilər, nə də fikrə gətirilə bilər). Yəni torpaqsız münbitlik mövcud olmadığı kimi, munbit olmayan torpaq da (nisbi götürdükdə) mövcud deyildir. Çünki münbitlik torpağın atributu, yəni ona məxsus ayrılmaz xassəsidir. Torpaqdan başqa heç bir maddi sistem bu xassəyə malik deyildir. Necə ki fotosintez xassəsi yalnız xlorofilin atribut xassəsi hesab olunur, münbitlik də torpağın atribut xassəsidir. Nəzəri hesablamalar göstərir ki, ərazinin təbii şəraitindən asılı olaraq 1 sm-lik münbit torpaq qatının formalaşmasından ötrü torpaqəmələgətirən amillərin 100 ildən 300 ilə kimi “fəaliyyəti” tələb olunur. Bu o deməkdir ki, təbiətdə münbitliyin müəyyən səviyyədə sabitləşməsi də zaman amilindən asılıdır. Beləliklə, münbitlik torpağın bitkini qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. Kənd təsərrüfatı bitkilərinin istehsalı prosesində torpağın təbii münbitliyi dəyişdirilərək, süni münbitlik və yaxud mədəni münbitlik şəklində çıxış edir. İnsanın münbitliyə müsbət və ya mənfi təsiri, mövcud məhsuldar qüvvələrin, o cümlədən elm və kənd təsərrüfatı texnologiyalarının inkişaf səviyyəsindən bilavasitə asılıdır. İndiki dövrdə insanın təbiətə, o cümlədən torpaq örtüyünə müdaxiləsini azaltmaq və ya stabilləşdirmək mümkün deyildir. Əksinə, bəşəriyyətin daim artan ehtiyaclarını ödəməkdən ötrü təbiətdən istifadənin yeni formaları tələb olunur. Bu zaman onu da nəzərə almaq lazımdır ki, insanın təbiətə müdaxiləsi özlüyündə mütərəqqidir, lakin torpaqların formalaşma xüsusiyyətləri və xassələri nəzərə alınmayanda bu müdaxilə böyük dağıdıcı qüvvəyə çevrilə bilər.
2.Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən polikimyalaşma; heterogenlik və polidisperslilik prosesləri.
Torpaqda baş verən bütün proseslər mürəkkəb olmaqla kompleks xarakter daşıyır və bu onun təbii-tarixi cisim olmasını bir daha sübut edir. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar ( Hüseynov A.M., Hüseynov N.M-2015):

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin