Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
elektrik-techizati (1)

cari 
və 
əsaslı
təmirlərə bölünürlər. 
Cari təmirə 
tez sıradan çıxan detalların (elektrik maşınlarının fırçaları, xarab 
olmuş kontaktlar) təmirini və ya dəyişdirilməsini, transformatorun yağ qurğularının 
yoxlanmasını, yanmış kontaktların təmizlənməsini və b.b. aid edirlər.
İstismar personalı cari təmir üçün nəzərdə tutulmuş sexin məsrəfləri hesabına, 
avadanlığın quraşdırıldığı yerdə istismar qulluğu, profilaktiki sınaq və cari təmir 
aparır. 
Bu işlər zamanı avadanlıqları təhlükəsizlik üçün, bir qayda olaraq, açırlar. 
Əsaslı təmirə, 
misal olaraq,
 
dolaqların hissəsinin və ya bütöv 
dəyişdirilməsini, transformatorun maqnit ötürücüsünün lövhələrinin seçilməsini 
(yenidən şixtovkasını) və izolyasiya edilməsini göstərmək olar. Buna həmçinin 
valın düzəldilməsini, yastıq şitlərinin qaynağını, xarab olmuş ventilyatorların, 
kollektorların, elektrik maşınlarında traverslərin dəyişdirilməsini və digər ağır və 
mürəkkəb işləri daxil edirlər. 
Əsaslı təmiri təmir sexlərində, amortizasiya olunmuş avadanlığın bərpası üçün 
müəssisələr tərəfindən köçürülmüş vəsait hesabına yerinə yetirirlər. 
Əsaslı təmirdən sonra avadanlıq, təzədə olduğu kimi, həmin pasport və texniki 
verilənlərə cavab verməlidir. Bunu aydınlaşdırmaq üçün onu müəyyən proqram 
üzrə sınaqlardan keçirirlər. 
Avadanlığın arası kəsilmədən işləmə müddətindən və şəraitlərdən, texniki 
vəziyyətindən asılı olaraq tərtib olunmuş plan-ehtiyat təmir qrafikinə uyğun olaraq, 


təmirin peroidikliyini və təmir işlərinin siyahısını (nomeklaturasını) müəyyən 
edirlər, təmir üzrə aylıq və illik tapşırıqları (qrafikləri) planlaşdırırlar, ehtiyat 
hissələrinə və vacib materiallara spesifikasiya tərtib edirlər, təmir işlərinin 
qeydiyyatını, zədələnmələrin və qəzaların analizini aparırlar, əsaslı təmirə smeta 
tərtib edirlər. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin