üçüncü əməliyyat –
seksiyaların yuvalara doldurulması və dolağın
birləşdirilməsi;
dördüncü əməliyyat –
birləşmə yerlərinin qaynağı və izolyasiya edilməsi;
beşinci əməliyyat –
hopdurulma və qurudulma;
dolaq naqilinin izolyasiyasının bərpasının əməliyyatlar üzrə yerinə
yetirilməsi:
birinci əməliyyat –
köhnə izolyasiyanın yandırılması;
ikinci əməliyyat –
məftilin kalibrovkası;
üçüncü əməliyyat –
termo emal (bişirmə);
dördüncü əməliyyat –
məftilin yeni izolyasiya ilə örtülməsi.
Avadanlığın təmirdən çıxmış qovşaqlar təyin edilmiş vaxta yığım
sahəsinə
daxil olurlar.
Onların əvəzinə həmin sahəyə analoji, təmir əməliyyatlarını yerinə yetirmək
üçün, avadanlığın yeni zədəli hissələri göndərilir.
Nəticədə təmir olunacaq qovşaqların və detalların arası kəsilməyən axımı
yaranır. İş eyni zamanda və paralel aparılır, amma ardıcıl deyil, haçan ki, ir
qovşağı digərindən sonra təmir edirlər, necə ki, təmir olunacaq avadanlığın miqdarı
az olan kiçik sexlərdə tez-tez olur.
Axım –
qovşaq metodu, hansında ki, bütün əmək tutumlu proseslər
mexanikləşdirilmişdir, yüksək əmək məhsuldarlığını və təmirin individual üsulu ilə
müqayisədə işin əla keyfiyyətini təmin edir.
Təmir bazasının təşkili haqda ümumi məlumatlar
Təmir bazası – elektrik avadanlıqlarının təmiri üzrə bütün kompleks işləri
təmin edən istehsalatdır. Cari və əsaslı təmir üçün nəzərdə tutulmuş bazanın təşkili
zamanı elektrik avadanlığının müxtəlif qurğuların və tərkibində təmir bazası
yaradılacaq müəssisədə uyğun sexlərin olmasından istiqamət götürmək lazımdır.
Ondan başqa, vahidlərin miqdarını, onların
təmirinin periodikliyini, qonşu zavod
və emalatxanalarla kooperasiya olunma imkanını və s. Nəzərə almaq lazımdır.
Böyük miqdarda müxtəlif elektrik maşını, işəburaxıcı-mühafizə aparatlar və
quru transformatorlar (qaynaq, alçaldıcı, ölçü və s.)
olan zavodlarda, bir qayda
olaraq, elektrik təmir sexi yaradırlar, hansında ki, bütün növ təmiri yerinə yetirirlər.
Adətən şəhərlərin, rayonların və vilayətlərin energetik sistemlərinin nəzdində
yaradılan yalnız yağlı güc transformatorlarının təmiri üzrə yaradılan təmir bazaları
ixtisaslaşdırılmış təsərrüfatlardır.
Aşağıda iri təmir bazasının təşkilinin ümumi prinsipləri göstərilmişdir.
Təmirin
bütün növlərini, istənilən tipli təmir müəssisəsində xarakterik
sahələrin, bölmələrin və ya briqadanın təşkilini tələb edən,
müəyyən texnoloji
ardıcıllıqla yerinə yetirirlər.
Aşağıda təmir bazasının tərkibinə daxil olan sahələrin və bölmələrin
xüsusiyyətlərinin qısa təsviri verilmişdir.
Anbar bölməsi.
Bölmə təmirə daxil olan və təmirdən çıxmış avadanlıqların
saxlanması üçün nəzərdə tutulmuşdur. Anbar sahəsinin üzərinə talvar (örtük)
düzəldirlər. Sahəni avtomaşın kuzası və ya dəmir yolu platforması səviyyəsində
estakada şəklində yerinə yetirirlər.
Anbar binalarında detalları saxlamaq üçün tərəcələr və ağır maşınların və
transformatorların digər təmir sahələrinə köçürmək üçün qaldırıcı-nəqliyyat
vasitələri olmalıdır.
Dostları ilə paylaş: