1 – maşının sökülməsi və nasazlığın aşkar olunması;
2 – köhnə dolağın çıxarılması;
3 – detal və hissələrin təmizlənməsi;
4 – izolyasiyanın hazırlanması;
5 – dolağın seksiyalarının və katuşkalarının hazırlanması;
6 – seksiya və katuşkaların yuvalara və ya qütblərə yerləşdirilməsi;
7 – dolaq sxeminin və çıxış uclarının birləşdirilməsi və lehimləndirilməsi;
8 – dolağın alın hissəsinin bərkidilməsi;
9 – rotor və ya yakorun balanslandırılması;
10 – dolağın izolyasiya lakı ilə hopdurulması və qurudulması;
11 – fırça mexanizminin, kontakt həlqələrin təmiri;
12 – yastıqların təmiri və ya dəyişdirilməsi;
13 – çilingər-mexaniki işləri;
14 – qaynaq və dəmirçixana işləri;
15 –
bərkidici detallardan bolt, sancaq, vint, qayka və sairələrinin
komplektləşdirilməsi;
16 – elektrik maşının yığılması;
17 – maşının sınaqdan keçirilməsi;
18 – maşının rənglənməsi.
Maşının təmir prosesinin texnoloji sxemi sxematik olaraq aşağıdakı kimi
verilə bilər.