Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Mexaniki hissələrin yoxlanılmasında



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
elektrik-techizati (1)

Mexaniki hissələrin yoxlanılmasında 
rotorun valının oxu boyunca hava 
aralığı, kollektorun, kontakt həlqələrin və valın ucunun döyünməsi saat mexanizmi 
indikator vasitəsi ilə yoxlanılır. 


Elektrik hissələrin yoxlanılması 
maşının dolağının izolyasiya müqaviməti 
maşının gövdəsinə görə və ayrı-ayrı dolaqlar arasında gərginliyi 1000V olan 
meqommetrlə yoxlanılır. Həmin meqommetrlə həmçinin dolaqlarda qırılma olması 
təyin edilir. Sabit cərəyan üsulu ilə dolaqların müqaviməti körpü vasitəsi ilə 
ölçülür. Dolaqların izolyasiyasının elektrik möhkəmliyi kevdəyə görə və dolaqlar 
arasında sınaq gərginliyi verilməklə 1 dəqiqə müddətində yoxlanılır. Sınaq 
gərginliyinin qiyməti təzə dolaqlar üçün 1000V qəbul edilir.
Defektləşmə sənədlərinin tərtibi 
 
Təmir müəssisələrində təmir olunan elektrik avadanlıqlarına defektləşmə 
sənədləri tərtib olunur. Həmin sənədlərin tərkibinə elektrik maşınlarının təmirə 
qədər pasport göstəriciləri və onun göstəricilərinin dəyişdirilməsinə aid sifarişçinin 
tələbi daxil olur. Həmin sənədtə stator və rotor nüvəsinin bütün ölçüləri, stator və 
rotorun dolaqlarına aid məlumatlar ( dolağın tipi, pazların sayı, məftilin markası, 
katuşkada burumların sayı və s.). 
Defektləşmə sənədinə təmir olunan maşına aid bütün işlər qeyd olunur, məsəl 
üçün, gevdə - bütün çatlar qaynaq olunmalı, bərkidici detallar təmir olunmalıdır
və s.
Hər bir təmir olunan maşına texnoloji karta tərtib olunmalıdır. Həmin 
texnoloji kartada aşağıdakılar qeyd olunmalıdır: 
- sifarişçi haqqında məlumat; 
- maşının pasport göstəriciləri və texniki xarakteristikası; 
- fazaların müqavimətinin göstəriciləri;
- izolyasiyanın sinifi; 
- yuvaların sayı; 
- mexaniki hissənin vəziyyəti haqqında məlumat; 
- sınaqlar haqqında məlumat. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin