Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
elektrik-techizati (1)

Lövbər dolaqları 
 
Dolaqlar seksiyalardan təşkil olunurlar ki, onlar da bir və ya bir-neçə ardıcıl 
birləşdirilmiş sarğıları vardır. Seksiyanın (sarğının) aktiv hissəsini yuvaya salırlar. 
Sarğıların birləşməsini dolağın alın hissəsində yerinə yetirirlər. 
Kollektor tərəfdən istənilən hissəni qabaq, intiqal tərəfdən isə - arxa 
adlandırırlar. 
Kollektor lövhələrində seksiyaları öz aralarında lehimləmə ilə birləşdirirlər. 
Dörd seksiyadan ibarət, makara qrupunun sarınma sxemi. 
Kollektor lövhələrinin miqdarı seksiyaların sayına bərabərdir. 
Lövbər dolaqlarını iki üsulla birləşdirirlər. Buna uyğun olaraq onlar ya 
ilgəkvari ya da dalğavari adlandırırlar. 
İlgəkvari və dalğavari dolaqların sxemi. 
 


Transformatorlardan fərqli olaraq elektrik maşınlarında fırlanan və sürtünən 
hissələr vardır. Əksər konstruksiyalı maşınların dolaqları çirklənməyə məruz 
qalırlar. İşləmə zamanı maşınlar sirkələnmə və titrəyişə məruz qalırlar ki, bunun da 
nəticəsində onlar tez xarab olurlar, onların hissələri daha tez sıradan çıxırlar. 
Elektrik maşınlarının aşağıdakı zədələnmələri ilə daha tez-tez qarşılaşmalı 
olurlar : 

stator, rotor (lövbər) dolaqlarının sarğılar arası və gövdəyə qapanma 
ilə; belə zədələnmə bütün növ nasazlıqların 80%-ni təşkil edir; 

stator dolaqlarındakı və ya lövbər və təsirlənmə dövrələrindəki 
qırılmalarla; 

yastiqlarin yeyilməsi ilə, nəyin nəticəsində ki, elektrik maşınlarının 
qəzalarının 15%-ə qədəri baş verir; 

sürtülüb pis uyğunlaşdığından fırçaların kollektora və kontakt 
halqalarına həddindən artıq və ya kifayət etməyən təzyiq nəticəsində 
onların qığılcımlanmasıyla; 

rotorun böyük ekssentrisiteti, lövbərin qütblərə, statora toxunmaqla, 
hava aralığının artmasıyla; 

rotorun (lövbərin) qeyri-balansıyla; 

rotorun (lövbərin) statora (qütblərə) nisbətən oxboyu sürüşməsi ilə

kollektorda fırçaların düzgün olmayan vəziyyətilə; 

rotor (lövbər) və ya statorun poladında qapanma ilə; 

valın boynunun zədələnməsi ilə

gövdənin qısa qapayıcı mexanizmin, kontakt halqalarının, yastıq 
şitlərinin, sıxacların, çıxışların mexaniki zədələnməsi ilə və təmir və
ya detalın dəyişdirilməsini tələb edən başqa nasazlıqlarla. 
Elektrik maşınlarının qəzaları əsasən dolaqların zədələnməsindən baş verir. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin