Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Yığılmış maşının baxılması və defektləşdirilməsi



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
elektrik-techizati (1)

Yığılmış maşının baxılması və defektləşdirilməsi 
 
Təmir işlərinin həcmini təyin etmək üçün birinci növbədə elektrik maşınını 
xaricdən baxışa məruz qoyurlar. 
Maşını çirk və tozdan təmizləyirlər, dolaqları, ventilyatoru, kontakt halqalarını 
və kollektoru sıxılmış hava ilə üfürürlər. 
Gövdənin vəziyyətini, bərkidici detalları, flyansları, sıxac panellərini, çıxış 
uclarının vəziyyətini yoxlayırlar. Yastıq şitlərini nəzarətdən keçirirlər. 
Maşının hər iki tərəfindəən azı dörd nöqtədə hava boşluğunun qiymətini, 
yastıqların radial və aksial aralığını, həmçinin yastıqlarda valın qaçışını ölçürlər. 
Dolaqların bütövlüyünü yoxlayırlar və onların omik müqavimətini və 
izolyasiya müqavimətini ölçürlər. 


Xarici baxışla aşkarlanmış bütün nasazlıqlar maşının işləməsinə mane 
olmursa, onu yüksüz işə salmaq tövsiyyə edilir. Maşın işləyən zaman yüksüz 
işləmə cərəyanını ölçürlər, titrəyişlərə, ayrı-ayrı hissələrin qızmasına, halqalarda və 
ya kollektorlarda qığılcımlamaya nəzarət edirlər, səs küyə fikir verirlər və digər 
baxışlar aparırlar. 
Bütün baxışların, ölçmələrin və nəzarətlərin nəticələrini protokola, jurnala, 
defekt cədvəlinə (təmir cədvəlinə) qeyd edirlər, hansı ki, təmir prosesinin əsas 
texnoloji sənədidir. 
Əgər maşının gövdəsi və ya yastıq şitləri elə qırıq ola bilər ki, onları bərpa 
etmək mümkün olmaz, onda onları təmirə qəbul etmək olmaz. 
İki və ya daha çox pəncəsi qırılmış, hava aralığının qiyməti əhəmiyyətli 
dərəcədə meyillənmiş, yastıq şitlərindəki yuvalar böyük işləmələrə malik olan 
maşınlar təmirə yararlı deyillər. 
Valının dəyişdirilməsi vacib olan və fırça tutucuqlarının traversi olmayan və 
ya kollektor lövhələri həddindən çox yeyilmiş maşınları da təmirə qəbul etmək
olmaz. 
Əgər maşın vacib olan bütün detallara : təsirləndirici ilə, köhnə dolaqlarla
fırça tutucularının traversləri ilə komplektləşdirilmiş olarsa təmirə qəbul oluna 
bilər. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin