Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
elektrik-techizati (1)

 Yuvaların formaları : 
1-bağlı; 2-yarımbağlı; 3-açıq. 
Bu rotor (lövbər) üçün xüsusən əhəmiyyətlidir, belə ki, böyük sürətlə fırlanma 
zamanı mərkəzdən qaçma qüvvəsinin təsiri altında naqillər yuvalardan kənara atıla 
bilərlər. 
Dəyişən və sabit cərəyan maşınlarının dolaqları stator, rotor və lövbər üçün 
özlərinin fərqləndirici xüsusiyyətlərinə malikdirlər. 


6-cı hissə 
Plan 
 
1.Stator və rotor dolaqları 
2.Lövbər dolaqları 
3.Yığılmış maşının baxılması və defektləşdirilməsi 
4.Sökmə və sökülmüş maşının defektləşdirilməsi 
 
Ədəbiyyat 
 
1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт 
электрооборудования. – М.: Колос, 1981. 
2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и 
ремонта электрооборудования. М.: Агропромиздат, 1990.
3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по 
ремонту электрических машин. М.: Высшая школа, 1980. 
4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: 
Высшая школа, 1983. 
Stator və rotor dolaqları
Bu dolaqları makara qrupları şəklində yerinə yetirirlər. Makara seksiyalardan, 
seksiya isə - bir və ya bir-neçə sarğılardan ibarətdir. Aşağıda göstərilən şəkillərdə 
makara qruplarının sxemi göstərilmişdir. 
Makara qruplarını öz aralarında müxtəlif üsullarla birləşdirirlər. 
Konstruksiyalarına görə statorun makaravari dolaqlarını birqat və ikiqat 
dolaqlara bölürlər. 
Birqat dolaqlarda makaralar biri o birinin içərisində (konsentrik)
yerləşmişlər və ya eyni öıçülü və formalı bərabər makara qruplarıyla (zəncirvari) 
yerinə yetirilmişlər. 
İkiqat dolaqlarda makaralar bir tərəfilə yuvanın aşağı hissəsinə yerləşdirilmiş, 
digərilə - dolağın addımı üzrə yerləşmiş yuvanın yuxarı hissəsinə yerləşdirilir. 
Rotorlar üçün yuvada şin və ya çubuq şəkilli iki naqillə yerinə yetirilmiş 
ikiqat dalğavari dolaqlar tətbiq edirlər. 
“Dələ təkəri” adlanan qısa qapanmış dolaq geniş tətbiqə malikdir. 



Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin