Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
elektrik-techizati (1)

 
Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları 
 
Elektrik maşınları iki əsas növə bölünə bilərlər: 
1.
Elektrik enerjisini mexaniki enerjinə çevirən və elektrik mühərrikləri 
adlanan maşınları sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə və 
xalq təsərrüfatının digər sahələrində müxtəlif mexanizmlərin intiqalları kimi 
istifadə edirlər. 
Elektrik mühərriklərini sabit və ya dəyişən cərəyan şəbəkələrindən işləmək 
üçün buraxırlar. Konstruksiya üzrə və sənayenin müxtəlif sahələrinin 


göstərdiyi təlabatlardan asılı olaraq, elektrik mühərriklərini forma, tərtibat və 
tiplər üzrə müxtəlif hazırlayırlar. 
2.
Mexaniki enerjini elektrik enerjisinə çevirən maşınları generatorlar 
adlandırırlar; onlar sabit və ya dəyişən generatorlara bölünürlər. 
Elektrik generatorlarının intiqalları kimi istiliyin, düşən (enən) suyun, 
küləyin, atom nüvəsinin enerjisini istifadə edən mühərriklər xidmət edirlər. 
Elektrik maşını stator adlanan tərpənməz hissədən və rotor adlanan fırlanan 
hissədən ibarətdir. 
 
 
Statoru aşağıdakı əsas detallardan yığırlar : 

özüldən, ucların çıxarılması üçün adi tökmə çuqundan və stator dolağını 
yerləşdirmək üçün yuvaları olan yuxa izolyasiya olunmuş elektrotexniki 
polad təbəqələrdən yığılmış aktiv polad paketdən ibarət; aktiv polad 
paket özüldə preslənmişdir, sabit cərəyan maşınlarında özülə qütb 
nüvələrini bərkidirlər (onlar da elektrotexniki poladdan yığılmışdır), 
hansılara ki, qütb dolaqlarını oturdurlar; 

maşının fırlanan valı üçün və fırçaları və ya qısaqapanma 
mexanizmlərini bərkitmək üçün qurğuları olan yastıqlı yastıq şitləri; 
şitləri özülə boltlarla bərkidirlər. 
Rotor və ya lövbər, üzərində rotor (lövbər) dolaqları üçün yuvalar olan aktiv 
polad paketdən nüvə, sabit cərəyan maşınları üçün kollektor və ya faz rotorlu 


dəyişən cərəyan maşınları üçün kontakt üzükləri oturdulmuş polad valdan 
ibarətdir. 
Yığılmış maşının valının ucuna şkiv və ya müfta oturdurlar ki, bunlar da 
elektrik maşınını mühərriklə və ya intiqal mexanizmi ilə birləşdirmək üçün nəzərdə 
tutulmuşlar. 
Statorun və ya rotorun (lövbərin) yuvaları açıq – 3, yarımbağlı – 2, bağlı – 1
və öz profilinə görə müxtəlif olurlar. Yuvaları izolyasiya edirlər və dolaq naqilləri 
doldurulduqdan sonra dolağı tökülmədən qorumaq üçün çivlərlə bərkidirlər. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin