Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Elektrik maşınlarının təmirə qəbulu



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
elektrik-techizati (1)

Elektrik maşınlarının təmirə qəbulu
Elektrik maşınlarını təmirə, bilavasitə sifarişçidən, yalnız yığılmış şəkildə 
qəbul edirlər. Sifarişçi (maşını istismar edən təsərrüfatın nümayəndəsi) təmir 
müəssisəsini maşının istismarının xüsusiyyətləri ilə tanış edir və təmirə özünün 
tələblərini söyləyir (pasport göstəricilərini və s. mümkün dəyişməni). Əgər təmir 
məqsədyönlü deyilsə (maşın mənəvi köhnəlmişdir və ya stator və ya rotorun aktiv 
poladı həddindən çox zədələnmişdir, pəncələr yoxdur və s.), təmir müəssisəsinin, 
maşının təmirə yararlı olmaması və onun silinməsi barədə iki tərəfli akt tərtib 
etməyə hüququ vardır. 
Təmir müəssisələrində, elektrik avadanlığının boş dayanma müddətini 
qısaltmaq məqsədi ilə, təmir olunmuş maşınların dəyişdirilməsi təşkil olunmalıdır. 
Maşını təmirə verən sifarişçi, elə həmin vaxt zavoddan analoji maşın alır (elə 
həmin pasport göstəriciləri ilə və ya razılaşma üzrə sifarişçinin istəyinə uyğun).
Elektrik maşınlarının nəql olunmasına xüsusi diqqət yetirmək lazımdır. İri 
maşınların nəql etdirilməsi üçün ağac kirşələr, kiçik maşınlar üçün – ağac qutular 
lazımdır. Təmir müəssisəsi lazımi miqdarda xüsusi koteynerlərə malik olmalıdır. 
Hər bir koteynerə yalnız eyni bir tip elektrik mühərriki yerləşdirmək lazımdır. Belə 
sistem təmir müəssisəsinə təmir fondunda olan elektrik maşınlarının siyahısından 
(nomeklaturasından) 
və 
həcmindən 
asılı 
olaraq, 
təmirin 
axımlığını 
formalaşdırmağa imkan verir.
Təmir qabağı işlər 
 
Sxemdən göründüyü kimi təmir qabağı işlərə xaricdən baxış, təmir qabağı 
sınaqlar və ya nasazlıqların aşkar olunması və təmir nömrəsinin vurulması aiddir. 
Yığılmış halda hər hansı elektrik maşınının nasazlığını aşkar etmək üçün 
aşağıdakı işlər aparılır: 
- xarıcdən baxış; 
- mexaniki hissələrin yoxlanılması; 
- elektrik hissələrin yoxlanılması. 
Xaricdən baxış 
zamanı maşının bütün əsas hissələri – stator, rotor və ya 
yakor, yastıq şitləri, şotka mexanizmi, kontakt həlqələr, dolaq çıxışları, kollektor 
və sairinnin vəziyyəti diqqətlə nəzərdən keçrilir. Elektrik maşının yığılmış halda 
xaricdən baxmaqla aşkar olunan nasazlıqları defekt cədvəli adlanan xüsusi jurnala 
qeyd edilir ki, buda təmirin həcmini təyin etmək üçün əsas sənəd hesab olunur. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin