Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
elektrik-techizati (1)

Yastıq içliyinin çıxarılması : 
1-pərçim açan; 2-yastıq; 3-yastıq şiti; 4-altlıq. 
Köməkçi əməliyyatlar.
Maşının əsas hissələrini (şitləri, yastıqları, traversi, 
içlikləri, yağlayıcıları, kipləşdiriciləri) sökdükdən sonra onları benzin və ya 
kerosinlə yuyurlar. Dolaqları sıxılmış güclü hava şırnağı və ya tozsoranla tozdan 
təmizləyirlər, ondan sonra benzində isladılmış təmiz əski ilə silirlər. 
Zədələnmiş dolaqları, qabaqcadan birləşmənin lehimini açaraq, yuvalardan 
çıxarırlar. 
Əsasən bu əməliyyatlarla elektrik maşının sökülməsi başa çatdırılır. 
Maşının sökülmüş detallarını ciddi baxışdan keçirirlər və onların defekt 
siyahısını tərtib edirlər. 
Saz detalları sexin aralıq anbarında saxlayırlar. Nasazları təmirə göndərirlər. 
Maşını sökərkən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilməlidir. 
Sökülmüş maşının detallarını baxışdan keçirən zaman yastıq şitlərinə çəkicin 
yüngül zərbələri ilə onlarda olan çatlar aşkarlanır. Şübhə doğuran yerlər, tükvari 
çatları müəyyən etmək üçün, lupa altında nəzərdən keçirilir. Çatların sərhədi mellə 
qeyd edilir. 
Yastıqların oturtma yerlərinin oturtma sıxlığını xüsusi kalibrlərin köməyi ilə 
ölçürlər. 
Yastıqların işçi səthini çatların, çəpliklərin, qeyri-bərabər emalının 
olmamasına görə yoxlayırlar. 
Yağpaylayan, yağtutan cığırlar, həmçinin aşağı içliyin kənarlarındakı və 
boyuncaq və yuxarı içlik arasındakı yağsoran yarıqlar norma tələblərinə uyğun 
olmalıdırlar. 
Kürəli və diyircəkli yastıqlarda əziklər, kürələrin, qaçış yollarının 
şaqqıldaması, həmçinin radial və oxboyu boşluqlar (lüftlər) olmamalıdır ki, onlarda 
radial və oxboyu “yelləmə” ilə müəyyən etmək çox asandır. 


Fırçasaxlayanların fırçaqaldıran mexanizmini, barmaqcıqları, izolyatorları, 
traversləri, bərkitmələri və s. nəzərdən keçirirlər və hərtərəfli yoxlayırlar. 
Rotoru defektasiya edən zaman təmirdəki çubuqların lehimləmə (qaynaq) 
yerlərində və rotoru qısa qapayan halqalarda yerli qızmaları xarakterizə edən 
ləkələrin olmamasına xüsusi fikir verirlər. 
Kontakt halqalarının səthində işləmə izləri, əziklər, çatlar, yanıqlar və s. 
olmamalidir. Halqaların yeyilməsi onların ilkin qalınlığının 50%-dən çoxunu 
keçməməlidir. 
Valın səthində çatlar, həmçinin valın boyunlarında – qovuqlar, kələ-kötürlük, 
tilişkələr, cızıqlar buraxıla bilən deyildirlər. 
Oturtma yerlərinin diametrini, onların ovallığını və konusluluğunu; 
ventilyatorun vəziyyətini və onun bərkidilməsini; kollektorun xoruzcuqlarının 
lehimlənməsinin yerində olmasını; kollektor lövhələrinin preslənmə möhkəmliyini 
və onların üstündə yanıqların, əziklərin cığırların və üzvi şüşə qabarıqlarının 
olmamasını yoxlayırlar. Hər bir qonşu kollektor lövhə cütləri arasında, kollektorla 
val arasında, kollektor və bandajlar arasındakı izolyasiya müqavimətini ölçürlər. 
Dolaq və kontakt halqaları arasında naqillərin lehimlənməsinin keyfiyyətini 
yoxlayırlar. Rotor dolaqlarının izolyasiya müqavimətini və dolaqların 
müqavimətini ölçürlər. Bandajların möhkəmliyini və çivlərin oturdulmasının 
kipliyini yoxlayırlar. 
Rotorları statik və ya dinamik üsullarla balanslaşdırmaya yoxlayırlar (aşağıda 
baxılacaq). 
Maşının gövdəsini hərtərəfli ciddi baxışdan keçirirlər və hətta çox kiçicik 
çatların olmadığını, pəncələrin sazlığını, yastıq şitlərinin oturdulma yerlərində 
əzilmələrin olmadığını yoxlayırlar. 
Əgər çatlar gövdənin uzunluğunun və ya eninin 50%-ni aşarsa, onu zay hesab 
edirlər. 
Stator dəmirinin paketini dəmir lövhələrinin (vərəqələrinin) preslənmə 
möhkəmliyinə yoxlayırlar. Bəzi yerlərdə kipliyi bıçağın köməyi ilə yoxlamaq olar. 
Ayrı-ayrı paketlər arasındakı dayaqları arasındakı kipliyi, artıq isinmədən 
ləkələrin, paslanma izlərinin və aktiv dəmir paketlərinin yerdəyişməsinin 
olmamasını yoxlayırlar. 
Statoru baxışdan keçirirlər, çıxış şitinin taxtasının, çıxış uclarının, sıxacların 
və 
qaykaların izolyasiyasının vəziyyətini müəyyən edirlər, ucluqların 
lehimlənməsinə nəzarət edirlər. 
Dolaqların təmir dərəcəsinin müəyyən edilməsi - ən mürəkkəb və məsuliyyətli 
məsələdir. 


Aşağı güclü maşınlarda (5...10 kVt) dolağın zədələnməsi zamanı dolağın tam 
dəyişdirilməsi hər şeydən məqsədəuyğundur. Dolağın izolyasiyasını ölçmək və 
xarici baxış keçirmək vacibdir. 
Bundan başqa, dolaqların təmirinin vacibliyini və təmir dərəcəsini 
aydınlaşdırmaq üçün, aşağıdakı şərtlərə fikir vermək lazımdır : 

yenidən dolama olmamaqla maşının işləmə müddəti; 

maşınla hərəkətə gətirilən mexanizmlərin işinin xarakteri; 

izolyasiyada və ya alın hissələrdəki lak özlüyündə əzik şəklində 
zədələrin, tökülmə və çatların olması; şübhəli hallarda götürülmüş (bir 
hissə) izolyasiyanı mexaniki möhkəmliyə yoxlayırlar;

yuvalardakı çubuqların izolyasiyasında şişmələrin olması, yerli 
qızmalar nəticəsində dolağın ayrı-ayrı yerlərində tündləşmələrin 
olmaması; 

dolağın alın hissəsində yağ izlərinin olmaması, hansı ki, zəif kipləşmə 
zamanı yestıqlardan val boyunca onun atılması sayəsində ortaya çıxa 
bilərlər. 
Yoxlamadan, baxışdan və sınaqlardan alınan bütün məlumatları 
defektləşdirmə cədvəlinə (təmir xəritəsinə) qeyd edirlər, hansının ki, köməyi ilə 
hər bir hissə və detalın təmir dərəcəsi müəyyən edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin