Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
elektrik-techizati (1)

 
 
 
Sökmə və sökülmüş maşının defektləşdirilməsi 
Maşının təmirinin həcmi və xarakteri haqqında tam təsəvvürə yalnız 
sökülmədən, baxışdan və onun ayrı-ayrı detallarının defektləşdirilməsindən sonra 
çatmaq mümkündür.
Elektrik maşınını onun ayrı-ayrı hissələrinin zədələnməsinə və itməsinə yol 
vermədən ehtiyatla sökmək lazımdır. Dəmir kəsən qələmdən istifadə etmək 
buraxılmazdır, kəskin zərbələr endirmək və ya çox böyük qüvvə tətbiq etmək 
olmaz. 
Çətin açılan boltları və ya qaykaları əvvəlcədən kerosinlə islatmaq və bir-neçə 
saat elə saxladıqdan sonra, onları yüngülcə açmaq olar. 
Sökülmüş detalların üstünə, onların verilmiş maşına aid olduğu barədə 
lövhəciklər asırlar. 
Kiçik detalları qutulara düzür və onlarda saxlayırlar. Boltlar, qaykalar, 
sancaqlar maşının bəndləri və detalları söküldükdən sonra hər şeydən yaxşı onları 
itmədən qorumaq üçün geri öz yerlərinə burmaq vacibdir. 
Ayrı-ayrı bəndlərin (məsələn dolağın) sökülməsinin mürəkkəb halı zamanı 
eskiz, sxemlər və ya ölçmələr tərtib edirlər. 


Aşağıda maşının sökülməsinin müəyyən ardıcıllıqla yerinə yetirilən ən 
səmərəli üsullarına baxılmışdır. 
Qasnağın və ya yarımmuftanın çıxarılması.
Saxlayıcı vint açılır və ya 
pazvari şponka geri çıxarılır. Qasnağın oturdulan yeri kerosində isladırlar. 
Kip oturdulmayan qasnaq ağac araqatı vasitəsi ilə topa çəkiclə endirilən 
yüngül zərbələrlə çıxarıla bilər. 
Əgər qasnaq çox kip oturdulmuşsa, onda onu çıxarmaq üçün xüsusi vintli 
çıxardıcıdan istifadə edirlər. 
Qasnaqların çıxarılma üsulu : 
1-qaznağın valı; 2-qasnaq; 3-tutucular; 4-çıxarıcının vinti; 5-qulp; 6-dəstək. 
Onu gözləmək lazımdır ki, vintin oxu valın oxu ilə tuş gəlsin və çəplik 
alınmasın. 
Çıxardıcının vintini burduqca qasnaq sürüşərək çıxır. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin