Yastıq şitlərinin çıxarılması. Yastıqları bərkidən qapaqların və ya flaneslərin
vintlərini açırlar. Qapaqları və ya flansları çıxarırlar. Saxlayıcılı traversi çıxarırlar,
tastıqların yağını buraxırlar.
Yastıq şitini gövdəyə bərkidən boltları açırlar. Ağac araqatının üstündən şitin
çölə çıxan qabırqaları üzrə çəkicin yüngül zərbələri ilə onu maşının gövdəsindən
aralayırlar.
Rotoru zədələnmədən qorumaq üçün (yastıq şitləri gövdədən ayrılanana
qədər) rotor qaldırıcı alətlərin köməyi ilə (telfer, tal, kran-tir) asılmalıdır.
Yastıq şiti gövdədən ayrılan kimi, onu maşının valı üzrə sürüşdürürlər. Şiti
çıxaran zaman dəmiri və dolaqların izolyasiyasını zədələməmək üçün, rotor və
stator arasındakı boşluğa qabaqcadan bərk karton qoyurlar ki, şit çıxarılan zaman
rotor onun üstünə oturur.
Rotorun (lövbərin) kənarlaşdırılması. Kiçik maşınlarda hər iki yastıq
şitlərini çıxardıqdan sonra rotor (lövbər) əllə götürülür. Bunun üçün onu səliqəli
olaraq bir qədər 1...2mm, stator üstündəki kartondan, yuxarı qaldırırlar.
İri maşınlarda ağır rotoru ventilyator tərəfə qaldırıcı qurğuların köməyi ilə
çıxarırlar. Rotoru çıxarma zamanı onu gözləmək lazımdır ki, o ciddi olaraq
maşının oxu üzrə hərəkət etsin.
Rotorun statordan çıxarılma nümunələri şəkildə göstərilmişdir.
Rotorun çıxarılma nümunələri : a, b və c – rotorun sürçüdücülü kranla çıxarılma əməliyyatı; d – rotorun kranla çıxarılma üsullarından biri; e – xüsusi xüsusi quruluşun köməyi ilə kranla şıxarılma; f – elektrik mühərrikinin gövdəsində quraşdırılmış xüsusi qurğu ilə çıxarılma. Yastıqların sökülməsi. Kürəli – diyircəkli yastıqların valdan çıxarıcının
köməyi ilə çıxarılması qasnaq və ya müftanın çıxarılması ilə analojidir. Çıxarıcının
tutucularını yastığın daxili halqasına oturdurlur. Çıxarılmaya qədər yastıqlar isti
yağ tökülərək qızdırılır. Sürüşmə yastıqlarının oymaqlarını və ya işliklərini yastıq
şitlərindən oymağın təpə tərəflərinə qoyulmuş ağac pərçimaçana çəkicin yüngül
zərbələri ilə çıxarırlar, bu zaman yastıq şitini diametri çıxarılan oymağın
diametrindən bir qədər böyük deşiyi olan ağac dayaq üzərinə qoyurlar.
Ona nəzər yetirmək lazımdır ki, yağlama halqası yığılmış və ya çıxarılan
oymağa maniə etməyən vəziyyətdə olsun.