Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
elektrik-techizati (1)

Etibarlılığın əsas göstəriciləri 
 
Konstruktiv yerinə yetirilmələrinə görə texniki qurğular müxtəlif mürəkkəblik 
dərəcəsində olurlar. Etibarlıq nəzəriyyəsində adətən obyektlərə iki mürəkkəblik 
səviyyəsində baxırlar – element və sistem. 
Element
– məvhumu altında baxılan 
məsələlərin həlli hüdudlarında ayrı-ayrı hissələri maraq doğurmayan obyektləri 
başa düşürlər. Tərkib hissələrinə ayrılmadan, bütövlükdə baxılan, istənilən texniki 
qurğu element ola bilər. Əgər müəyyən şəraitdə müəyyən məsələlərin yerinə 
yetirilməsi və birlikdə fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş bir-biri ilə 
əlaqədar elementlərin cəmi kimi baxılan texniki qurğular 
sistem 
adlanır. Bu halda 
qurğunun etibarlılığı onun ayrı-ayrı elementlərinin vəziyyəti ilə təyin edilir. 
Element və sistem anlayışı nisbi olsa da, etibarlılıq məsələlərinin həlli zamanı 
onların istifadə edilməsi etibarlılığın uyğun göstəricilərinin seçilməsini və onların 
hesablanmasını müəyyən edir, bu zaman elementin etibarlılıq məsələlərinin analizi, 
bir qayda olaraq, sistemin etibarlılığının analizindən sadədir. 
Etibarlılıq nəzəriyyəsində digər mühüm anlayış – elementlərin və sistemlərin 
təmir olunanlara 
və 
təmir olunmayanlara

bərpa olunanlara 
və 
bərpa 
olunmayanlara 
bölünməsidir. Texniki qurğuların təmir olunanlara və təmir 
olunmayanlara bölünməsi onların mövcud olduqları bütün zaman ərzində təmir 
işlərinin 
yerinə 
yetirilməsinin 
texniki 
imkanlarının 
olmasından 
və 
mümkünlüyündən asılı olaraq həyata keçirilir. Bu prinsipdən baxdıqda közərmə 
lampaları həmişə təmir olunmayan məmulatlara, elektrik mühərriki isə təmir 
olunanlara aiddirlər.Texniki qurğuların bərpaolunanlara və bərpaolunmayanlara 
bölünməsi müəyyən xarici şəraitlərə tətbiqilə həyata keçirilir. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin