Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
elektrik-techizati (1)

Normal istismar dövrü 
sıradan çıxmaların minimum intensivliyi ilə 
xarakterizə olunur. Normal istismar dövründə sıradan çıxmalar qəflətən baş 
verməklə, təsadüfi xarakter daşıyır. Belə sıradan çıxmaların təbiəti məmulatın 
daxilində və ya xaricdən yüklənmənin gözlənilməz konsentrasiyası ilə şərtlənir. 
Belə hadisələrin nizamlılığı müşahidə olunmur. Bu dövrdə sıradan çıxmaların 
paylanması eksponensial qanunla olur. 
Köhnəlmə dövrü 
sıradan çıxmaların intensivliyinin kəskin artması ilə 
səciyyələnir. Bu dövrdə maşının element və hissələri köhnəlir və intensiv yeyilmə 
baş verir. Belə sıradan çıxmalar materialların, konstruksiyanın və məmulatın 
özünün köhnəlməsi ilə şərtlənir. Sıradan çıxmaların paylanması ya normal ya da 
loqarifmik-normal qanunla olur (digər hallar da ola bilər). Sıradan çıxmaların 
şəkildə göstərilmiş intensivlik əyrisində (bəzən buna texniki məmulatın “həyat 
əyrisi-də deyilir) avadanlığın orta uzunömürlülüyü T
1
-in və T
or
> T
1
– birinci 
sıradan çıxmaya qədər orta iş müddətinin qiymətləri verilmişdir. Birinci sıradan 
çıxmaya qədərki orta işləmə adətən çox əhəmiyyətli olub maşının normal istismar 
dövründəki etibarlıq ehtiyatını səciyyələndirir. Adətən T
1
vaxtı T
2
vaxtından bir 
qədər yüksək olub köhnəlmə dövrünün başlanğıcına uyğun gəlir. 


Elektromexaniki çevricinin “həyat əyrisi”. 
Şəkildə sabit cərəyan maşını və sinxron maşını özündə birləşdirən 
elektromexaniki çevricinin “həyat əyrisi” göstərilmişdir.
Elektromexaniki çevricilər çox məsuliyyətli məmulatlar olduğu və onların 
sıradan çıxmaları arzuolunmaz nəticələrə gətirib çıxardığı üçün şək...-dən də 
göründüyü kimi, onların uyğunlaşma sıradan çıxmaları tamamilə aradan qaldırır. 
Buna isə izolyasiyaya dəqiq nəzarət, kollektor və həlqələrin yüksək dəqiqliklə 
hazırlanması, yastıq qovşaqlarının nizamlanması və nəzarət, titrəyişlərin 
səviyyəsinin azaldılması və sonda 100 saat ərzində uyuşma sınağının həyata 
keçirilməsi ilə nail olunur. 
Normal istismar dövrü 10000 saatdır. Sıradan çıxmaların intensivliyi azdır:
χ = 1,5 ∙10
-5
 1/saat.
Çevricinin texniki resursu normal istismar dövrünə bərabərdir, 
yəni T
1
≈ 10000 saat. Köhnəlmə dövrü t > 10000 saatdan sonra başlayır və 
sıradan çıxma intensivliyi ( λ ) kəskin artması ilə (5000 saatda 10 dəfə) 
səciyyələnir. Birinci sıradan çıxmaya qədərki orta işləmə müddəti T
or
= 15000 saat 
təşkil edir.

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin