5-ci hissə
Plan
1.Elektrik maşınlarının təmirə qəbulunun ümumi texniki şərtləri
2.Elektrik maşınlarının təmirə qəbulu
3.Təmir qabağı işlər
4.Defektləşmə sənədlərinin tərtibi
5.Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları
Ədəbiyyat
1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт
электрооборудования. – М.: Колос, 1981.
2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и
ремонта электрооборудования. М.: Агропромиздат, 1990.
3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по
ремонту электрических машин. М.: Высшая школа, 1980.
4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.:
Высшая школа, 1983.
Elektrik maşınlarının təmirə qəbulunun ümumi
texniki şərtləri
Elektrik maşınları təmirə qəbul edilərkən diqqətlə xarici baxışdan
keçirilməlidir. Xarici baxış zamanı elektrik maşınlarının
bütün əsas hissələri
yoxlanılır, tozdan və çirkdən təmizlənilirr. Elektrik maşınlar tam yığılmış və bütün
detalları üzərində olmaqla təmirə qəbul edilməlidir. Elektrik maşınları sökülmüş
halda ayrıca dolaq, stator, kontaktorlar və sair hissələr
olmaqla təmirə qəbul
edilmir. Təmirə qəbul olunan elektrik maşınına təmir nömrəsi bağlanılır və bütün
təmir devrində bu nömrə saxlanılır.
Elektrik maşını təmirdən qabaqdakı sınaqlardan keçirilir.
Burada məqsəd
nasazlıqları aşkar etmək, təmirin həcmini və təmir işlərinin
xarakterini müəyyən
etməkdir. Təmir qabağı sınaqlar və təmirin xarakterinin nəticələrinə görə elektrik
maşının sökülmə dərəcəsi və təmirin təxmini həcmi müəyyən edilir.
Elektrik
maşının vəziyyəti imkan verirsə onu qısa müddətdə işə buraxaraq dolağın,
kontaktların və sair detalların vəziyyətinə nəzər yetrilir. Nasazlığın xarakteri və
təmirin təxmini həcmi müəyyən olunduqdan sonra elektrik maşını sökülməyə
göndərilir.