Quruducu şkafın ümumi görünüşü: 1 – qızdırma sistemi; 2 – xaricedici; 3 – ventilyator; 4 – kran-tir; 5 – arabacıq; 6 – rels. Vakuum sobası transformatorların izolyasiyasını vakuumda qurutmaq üçün
nəzərdə tutulmuşdur. Transformatorun çıxarılan hissəsini arabacıqda qapıları
hermetik bağlanan sobaya yükləmək və ya yuxarıdan sobanın içinə salmaq və
qapaqla bağlamaq olar.
Transformatorun çıxarılan hissəsinin, kranın köməyi ilə soba çəninə yuxarıdan
salınan, vakuum-sobanın ümumi görünüşü şəkildə göstərilmişdir.
Transformatorları qurutmaq üçün vakuum-sobanın sxemi: 1, 7 – istilik izolyasiyası; 2 – quruducu kamera; 3 – isti su nasosu; 4 – elektrik su qızdırıcılı qazan; 5 – dolaqlar qoşmaq və qurumaya nəzarət üçün çıxış izolyatorları; 6 – soyuq suyun verilməsi; 8 – sökülən qapaq; 9 – qızdırma dolanbacı; 10 – vakuummetr; 11 – vakuum nasosu; 12 – termometr.
Hopdurma lak vannası dolaqların, daha geniş yayılmış üsulla – dolağın lak
doldurulmuş çənə (vannaya) batırılması ilə, hopdurulması üçün xidmət edir.
Dolaqların xüsusi qurğularda vakuum altında hopdurulması daha səmərəlidir.
Şəkildə çox yayılmış qurğulardan biri verilmişdir. Dolağı isidilmiş lak
doldurulmuş çənə salırlar. Hopdurulduqdan sonra onu çıxardırlar və şadara üzərinə
qoyurlar. Lakın artığı altlıq üzrə çənə axır.
Hopdurma lak vannasının sxemi: 1 – istilik izolyasiyası; 2 – qızdırıcı sistem; 3 – çən; 4 – qapaq; 5 – telfer; 6 – şadara; 7 – altlıq. Vakuum hopdurma qurğusu
Hopdurma çəni Yağ təsərrüfatının avadanlığı. Yağ təsərrüfatında təmiz yağı saxlamaq,
çirkli yağı boşaltmaq, yağı təmizləmək və qurutmaq üçün avadanlıqlar olmalıdır.
Şəkildə yağın filtrasiya (süzülmə) sxemi göstərilmişdir.