Elektrik maşınlarının təmirə qəbulu Elektrik maşınlarını təmirə, bilavasitə sifarişçidən, yalnız yığılmış şəkildə
qəbul edirlər. Sifarişçi (maşını istismar edən təsərrüfatın nümayəndəsi) təmir
müəssisəsini maşının istismarının xüsusiyyətləri ilə tanış edir və təmirə özünün
tələblərini söyləyir (pasport göstəricilərini və s. mümkün dəyişməni). Əgər təmir
məqsədyönlü deyilsə (maşın mənəvi köhnəlmişdir və ya stator və ya rotorun aktiv
poladı həddindən çox zədələnmişdir, pəncələr yoxdur və s.), təmir müəssisəsinin,
maşının təmirə yararlı olmaması və onun silinməsi barədə iki tərəfli akt tərtib
etməyə hüququ vardır.
Təmir müəssisələrində, elektrik avadanlığının boş dayanma müddətini
qısaltmaq məqsədi ilə, təmir olunmuş maşınların dəyişdirilməsi təşkil olunmalıdır.
Maşını təmirə verən sifarişçi, elə həmin vaxt zavoddan analoji maşın alır (elə
həmin pasport göstəriciləri ilə və ya razılaşma üzrə sifarişçinin istəyinə uyğun).
Elektrik maşınlarının nəql olunmasına xüsusi diqqət yetirmək lazımdır. İri
maşınların nəql etdirilməsi üçün ağac kirşələr, kiçik maşınlar üçün – ağac qutular
lazımdır. Təmir müəssisəsi lazımi miqdarda xüsusi koteynerlərə malik olmalıdır.
Hər bir koteynerə yalnız eyni bir tip elektrik mühərriki yerləşdirmək lazımdır. Belə
sistem təmir müəssisəsinə təmir fondunda olan elektrik maşınlarının siyahısından
(nomeklaturasından)
və
həcmindən
asılı
olaraq,
təmirin
axımlığını
formalaşdırmağa imkan verir.
Təmir qabağı işlər Sxemdən göründüyü kimi təmir qabağı işlərə xaricdən baxış, təmir qabağı
sınaqlar və ya nasazlıqların aşkar olunması və təmir nömrəsinin vurulması aiddir.
Yığılmış halda hər hansı elektrik maşınının nasazlığını aşkar etmək üçün
aşağıdakı işlər aparılır:
- xarıcdən baxış;
- mexaniki hissələrin yoxlanılması;
- elektrik hissələrin yoxlanılması.
Xaricdən baxış zamanı maşının bütün əsas hissələri – stator, rotor və ya
yakor, yastıq şitləri, şotka mexanizmi, kontakt həlqələr, dolaq çıxışları, kollektor
və sairinnin vəziyyəti diqqətlə nəzərdən keçrilir. Elektrik maşının yığılmış halda
xaricdən baxmaqla aşkar olunan nasazlıqları defekt cədvəli adlanan xüsusi jurnala
qeyd edilir ki, buda təmirin həcmini təyin etmək üçün əsas sənəd hesab olunur.