dəyişən cərəyan maşınları üçün kontakt üzükləri oturdulmuş polad valdan
ibarətdir.
Yığılmış maşının valının ucuna şkiv və ya müfta oturdurlar ki, bunlar da
elektrik maşınını mühərriklə və ya intiqal mexanizmi ilə birləşdirmək üçün nəzərdə
tutulmuşlar.
Statorun və ya rotorun (lövbərin) yuvaları açıq – 3, yarımbağlı – 2, bağlı – 1
və öz profilinə görə müxtəlif olurlar. Yuvaları izolyasiya edirlər və dolaq naqilləri
doldurulduqdan sonra dolağı tökülmədən qorumaq üçün çivlərlə bərkidirlər.
Dostları ilə paylaş: