Xarici baxışla aşkarlanmış bütün nasazlıqlar maşının işləməsinə mane
olmursa, onu yüksüz işə salmaq tövsiyyə edilir. Maşın işləyən zaman yüksüz
işləmə cərəyanını ölçürlər, titrəyişlərə, ayrı-ayrı hissələrin qızmasına, halqalarda və
ya kollektorlarda qığılcımlamaya nəzarət edirlər, səs küyə fikir verirlər və digər
baxışlar aparırlar.
Bütün baxışların, ölçmələrin və nəzarətlərin nəticələrini protokola, jurnala,
defekt cədvəlinə (təmir cədvəlinə) qeyd edirlər, hansı ki, təmir prosesinin əsas
texnoloji sənədidir.
Əgər maşının gövdəsi və ya yastıq şitləri elə qırıq ola bilər ki, onları bərpa
etmək mümkün olmaz, onda onları təmirə qəbul etmək olmaz.
İki və ya daha çox pəncəsi qırılmış, hava aralığının qiyməti əhəmiyyətli
dərəcədə meyillənmiş, yastıq şitlərindəki yuvalar böyük işləmələrə malik olan
maşınlar təmirə yararlı deyillər.
Valının dəyişdirilməsi vacib olan və fırça tutucuqlarının traversi olmayan və
ya kollektor lövhələri həddindən çox yeyilmiş maşınları da təmirə qəbul etmək
olmaz.
Əgər maşın vacib olan bütün detallara : təsirləndirici ilə, köhnə dolaqlarla,
fırça tutucularının traversləri ilə komplektləşdirilmiş olarsa təmirə qəbul oluna
bilər.
Dostları ilə paylaş: