Aşağıda maşının sökülməsinin müəyyən ardıcıllıqla
yerinə yetirilən ən
səmərəli üsullarına baxılmışdır.
Qasnağın və ya yarımmuftanın çıxarılması.
Saxlayıcı vint açılır və ya
pazvari şponka geri çıxarılır. Qasnağın oturdulan yeri kerosində isladırlar.
Kip oturdulmayan qasnaq ağac araqatı vasitəsi
ilə topa çəkiclə endirilən
yüngül zərbələrlə çıxarıla bilər.
Əgər qasnaq çox kip oturdulmuşsa, onda onu çıxarmaq
üçün xüsusi vintli
çıxardıcıdan istifadə edirlər.
Qasnaqların çıxarılma üsulu :
1-qaznağın valı; 2-qasnaq; 3-tutucular; 4-çıxarıcının vinti; 5-qulp; 6-dəstək.
Onu gözləmək lazımdır ki, vintin oxu valın oxu ilə tuş gəlsin və çəplik
alınmasın.
Çıxardıcının vintini burduqca qasnaq sürüşərək çıxır.
Dostları ilə paylaş: