Yuvaların formaları :
1-bağlı; 2-yarımbağlı; 3-açıq.
Bu rotor (lövbər) üçün xüsusən əhəmiyyətlidir, belə ki, böyük sürətlə fırlanma
zamanı mərkəzdən qaçma qüvvəsinin təsiri altında naqillər yuvalardan kənara atıla
bilərlər.
Dəyişən və sabit cərəyan maşınlarının dolaqları stator, rotor və lövbər üçün
özlərinin fərqləndirici xüsusiyyətlərinə malikdirlər.
6-cı hissə
Plan
1.Stator və rotor dolaqları
2.Lövbər dolaqları
3.Yığılmış maşının baxılması və defektləşdirilməsi
4.Sökmə və sökülmüş maşının defektləşdirilməsi
Ədəbiyyat
1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт
электрооборудования. – М.: Колос, 1981.
2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и
ремонта электрооборудования. М.: Агропромиздат, 1990.
3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по
ремонту электрических машин. М.: Высшая школа, 1980.
4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.:
Высшая школа, 1983.
Stator və rotor dolaqları
Bu dolaqları makara qrupları şəklində yerinə yetirirlər. Makara seksiyalardan,
seksiya isə - bir və ya bir-neçə sarğılardan ibarətdir. Aşağıda göstərilən şəkillərdə
makara qruplarının sxemi göstərilmişdir.
Makara qruplarını öz aralarında müxtəlif üsullarla birləşdirirlər.
Konstruksiyalarına görə statorun makaravari dolaqlarını birqat və ikiqat
dolaqlara bölürlər.
Birqat dolaqlarda makaralar biri o birinin içərisində (konsentrik)
yerləşmişlər və ya eyni öıçülü və formalı bərabər makara qruplarıyla (zəncirvari)
yerinə yetirilmişlər.
İkiqat dolaqlarda makaralar bir tərəfilə yuvanın aşağı hissəsinə yerləşdirilmiş,
digərilə - dolağın addımı üzrə yerləşmiş yuvanın yuxarı hissəsinə yerləşdirilir.
Rotorlar üçün yuvada şin və ya çubuq şəkilli iki naqillə yerinə yetirilmiş
ikiqat dalğavari dolaqlar tətbiq edirlər.
“Dələ təkəri” adlanan qısa qapanmış dolaq geniş tətbiqə malikdir.
|