Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
elektrik-techizati (1)

tədrici dayanma
adətən qismən və qapalı 
olur. 
Etibarlılıq nəzəriyyəsinin ümumi 
 məsələləri 
Hələ qədimdən müəyyən məhsul hazırlayankən onun etibarlılığını təmin 
etmək üçün müəyyən möhkəmlik ehtiyyatı nəzərdə tutulurdu ki, bu da onun 
işləməsinin uzun ömürlülüyünə təminat verirdi. Lakin bu halda məhsul istehsalında 
material sərfi artır, qabarit böyüyür, dəyər və çəki artırdı. Tezliklə bu üsulun az 
səmərəli olduğu müəyyən edildi, aviasiya və kosmik texnika kimi sahələrə tədbiqi 
məqsədə uyğun hesab olunmadı. Buna görə də hər hansı qurğunun etibarlılığını 
artırmaq üçün ehtimal nəzəriyyəsi və riyazi statistikaya əsaslanan etibarlıq 
nəzəriyyəsindən istifadə edilməyə başlanıldı. 
Etibarlıq məsələləri hazırda müxtəlif texniki qurğular üçün praktikada olduqca 
vacib texniki iqtisadi əhəmiyyətə malikdir. Bu göstəricilər xalq təsərrüfatında 
bütün texniki qurğuların istifadəsini iqtisadi səmərəlilik dərəcəsini müəyyən edir. 
Etibarlılıq məsələlərinin təhlili və tədqiqi ilə məşqul olan elm etibarlılıq 
nəzəriyyəsi adlanır. Bu elmin əsas vəzifəsi texniki qurğularda baş verən sıradan 
çıxmaların qanuna uyğunluqlarını öyrənməkdir. Etibarlılıq nəzəriyyəsi ehtimal 
nəzəriyyəsi və riyazi statistika metodlarına əsaslanır. 
Texniki qurğuların etibarlılıq problemini son vaxtlar daha kəskin şəkil 
alınması aşağıdakı obyektiv səbəblərlə izah oluna bilər: 
- texniki sistemlərin mürəkkəbliyinin kəskin artması ( yüz min və million 
elementli qurğuların olması ); 
- istismar zamanı qurğuların ekstremal şəraitlərə məruz qalmaları ( yüksək 
sürət, yüksək temperatura və təziq, vibrasiya, yüksək radiasiya və s.); 
- iş keyfiyyətinə təlabatın artması ( yüksək dəqiqlik, səmərəlilik və s.); 
- sıradan çıxmaların yüksək texniki və iqtisadi dəyərləri; 

qurğulara insan nəzarətini aradan qaldıran tam və qismən 
avtomatlaşdırmanın tədbiqi. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin