də bu avadanlığın istehsalı prosesinə ( material istehsalı, onların saxlanması və
daşınması da buraya aiddir) xas olan texnoloji, istehsalat və ya konstruktiv
çatışmazlıqlarla (nöqsanlarla) bağlıdır. Uyuşma dövründə baş verən
sıradançıxmaları ayrı-ayrı hissə və qovşaqları dəyişdirməklə aradan qaldırmağa
çalışırlar.
Elektrik avadanlıqlarında işə salmadan əvvəl fırçanın (şotkanın) sürtüb
kollektora və ya həlqəyə uyğunlaşması (uyuşması), yastıq qovşaqlarının
sazlanması, izolyasiyanın nəzarəti və s. Həyata keçirilməlidir.
Uyuşma dövründə sıradan çıxmalar təxminən Veybull qanununa tabe olur.
Dostları ilə paylaş: