Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
elektrik-techizati (1)

birinci əməliyyat – 
yuva izolyasiyasının kəsilməsi və yerinə qoyulması; 
ikinci əməliyyat
– seksiyaların, makara qruplarının sarıyıcı dəzgahda 
sarınması; 


üçüncü əməliyyat – 
seksiyaların yuvalara doldurulması və dolağın 
birləşdirilməsi; 
dördüncü əməliyyat – 
birləşmə yerlərinin qaynağı və izolyasiya edilməsi; 
beşinci əməliyyat – 
hopdurulma və qurudulma; 
dolaq naqilinin izolyasiyasının bərpasının əməliyyatlar üzrə yerinə 
yetirilməsi: 
birinci əməliyyat – 
köhnə izolyasiyanın yandırılması; 
ikinci əməliyyat – 
məftilin kalibrovkası; 
üçüncü əməliyyat – 
termo emal (bişirmə); 
dördüncü əməliyyat – 
məftilin yeni izolyasiya ilə örtülməsi. 
Avadanlığın təmirdən çıxmış qovşaqlar təyin edilmiş vaxta yığım sahəsinə 
daxil olurlar. 
Onların əvəzinə həmin sahəyə analoji, təmir əməliyyatlarını yerinə yetirmək 
üçün, avadanlığın yeni zədəli hissələri göndərilir. 
Nəticədə təmir olunacaq qovşaqların və detalların arası kəsilməyən axımı 
yaranır. İş eyni zamanda və paralel aparılır, amma ardıcıl deyil, haçan ki, ir 
qovşağı digərindən sonra təmir edirlər, necə ki, təmir olunacaq avadanlığın miqdarı 
az olan kiçik sexlərdə tez-tez olur. 
Axım – qovşaq metodu, hansında ki, bütün əmək tutumlu proseslər 
mexanikləşdirilmişdir, yüksək əmək məhsuldarlığını və təmirin individual üsulu ilə 
müqayisədə işin əla keyfiyyətini təmin edir. 
Təmir bazasının təşkili haqda ümumi məlumatlar
Təmir bazası – elektrik avadanlıqlarının təmiri üzrə bütün kompleks işləri 
təmin edən istehsalatdır. Cari və əsaslı təmir üçün nəzərdə tutulmuş bazanın təşkili 
zamanı elektrik avadanlığının müxtəlif qurğuların və tərkibində təmir bazası 
yaradılacaq müəssisədə uyğun sexlərin olmasından istiqamət götürmək lazımdır. 
Ondan başqa, vahidlərin miqdarını, onların təmirinin periodikliyini, qonşu zavod 
və emalatxanalarla kooperasiya olunma imkanını və s. Nəzərə almaq lazımdır.
Böyük miqdarda müxtəlif elektrik maşını, işəburaxıcı-mühafizə aparatlar və 
quru transformatorlar (qaynaq, alçaldıcı, ölçü və s.) olan zavodlarda, bir qayda 
olaraq, elektrik təmir sexi yaradırlar, hansında ki, bütün növ təmiri yerinə yetirirlər. 
Adətən şəhərlərin, rayonların və vilayətlərin energetik sistemlərinin nəzdində 
yaradılan yalnız yağlı güc transformatorlarının təmiri üzrə yaradılan təmir bazaları 
ixtisaslaşdırılmış təsərrüfatlardır. 
Aşağıda iri təmir bazasının təşkilinin ümumi prinsipləri göstərilmişdir. 


Təmirin bütün növlərini, istənilən tipli təmir müəssisəsində xarakterik 
sahələrin, bölmələrin və ya briqadanın təşkilini tələb edən, müəyyən texnoloji 
ardıcıllıqla yerinə yetirirlər. 
Aşağıda təmir bazasının tərkibinə daxil olan sahələrin və bölmələrin 
xüsusiyyətlərinin qısa təsviri verilmişdir. 
Anbar bölməsi.
Bölmə təmirə daxil olan və təmirdən çıxmış avadanlıqların 
saxlanması üçün nəzərdə tutulmuşdur. Anbar sahəsinin üzərinə talvar (örtük) 
düzəldirlər. Sahəni avtomaşın kuzası və ya dəmir yolu platforması səviyyəsində 
estakada şəklində yerinə yetirirlər. 
Anbar binalarında detalları saxlamaq üçün tərəcələr və ağır maşınların və 
transformatorların digər təmir sahələrinə köçürmək üçün qaldırıcı-nəqliyyat 
vasitələri olmalıdır. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin