Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
elektrik-techizati (1)

 
Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri
Sənayedə və kənd təsərrüfatında tətbiq olunan elektrik avadanlığı və 
aparatları, öz konstruksiyalarına, təyinatına və istismar şəraitlərinə görə 
müxtəlifdirlər. 
Elektrik avadanlıqlarının müxtəlif növləri geniş yayılmışdır: transformatorlar, 
elektrik maşınları, elektrik sobaları, elektromaqnitlər, açma, işə salma və mühafizə 
aparatları, ölçmə və qeydiyyat cihazları və digər çoxları. 
Elektrik avadanlıqlarının təmirinin təşkili, onlara daxil olan hissələrin və 
materialların böyük müxtəlifliyi sayəsində mürəkkəbləşmişdir. Təmiri təmin 
etməyi və bütün növ təmir olunmuş avadanlığın sınağını yalnız böyük sayda 
müxtəlif mütəxəsisslər edə bilər. Bəli, məsələn, takelaj işlərində krançılar və 
stropolçılar (burazçılar), dolaqların, maqnit ötürücüsünün, çıxışların təmirində və 
hazırlanmasında – montyor-izolyasiya edənlər və dolaqçılar, kontakt qurğularının, 
kollektorların, gərginlik çeviricilərinin təmirində - elektroçilingərlər, avadanlığın 
mexaniki hissələrinin təmirində - çilingərlər, qaynaqçılar, dəmirçilər, tokarlar, 
frezçilər məşquldurlar. 
Elektrik avadanlıqlarının təmirini və sınağını təmin etmək üçün həmçinin 
müxtəlif tipli dəzgahlar, ləvazimatlar, qurğular, alətlər, aparatlar və cihazlar 
lazımdır. Təmiri qeyd olunmuş xüsusiyyətlərini təmir bazasının təşkilində nəzərə 
alırlar. 
Təmirin texnoloji prosesi və metodu
Elektrik avadanlıqlarının təmirinin texnoloji prosesi müəyyən ardıcıllıqla 
gedir: 
1.Növbəti maşının və ya aparatın təmir sexinə çatdırılması. Xarici baxış. 
Sifarişçinin sənədləşmələri ilə tanışlıq. Lazım gələn ölçmələr və sınaqlar. Defekt 
cədvəlinin tərtibi. Sifarişin açılması. 
2.Maşının və ya aparatın sökülməsi. Vacib olan halda – dolağın çıxarılması. 
Hissələrin və detalların təmizlənməsi və yuyulması. Transformatorlar üçün – çıxan 
hissələrin qaldırılması (dolaqlarla nüvə). Lazım gələrsə - yağın boşaldılması. Baxış 
və avadanlığın ayrı-ayrı zədələnmiş hissələrinin və detallarının təyin edilməsi. 


Defekt siyahısının dəqiqləşdirilməsi. Lazım gələrsə ölçmələrin, sxemlərin və 
eskizlərin tərtib edilməsi. Sökülən detalların nömrələnməsi (markirovkası). Təmir 
üçün tələb olunacaq materialların spesifikasiyasının tərtib edilməsi. Saz bənd və 
detalların, aralıq anbarda saxlanması üçün, seçilməsi. Zay olmuş və zədələnmiş 
bənd və detalların uyğun gələn təmir sexləri və bölmələri üzrə paylanması. 
3.Avadanlığın mexaniki hissəsinin təmiri: valların, oxların, kontakt 
halqalarının, kollektorun, yastıqların, fırça tutanların, çənin, genişləndiricinin, 
transformatorun qapaqlarının və başqa detalların, hansıların ki, təmiri zamanı 
qaynaq, çilingər və mexaniki işlər görülür. 
4.Dolaqların təmiri və dəyişdirilməsi – seksiyaların və makaraların izolyasiya 
edici araqatının, çivlərin və gilizlərin tədarükü ilə hazırlanması. Seksiyaların 
oturdulması və dolağın çivlərlə bərkidilməsi. Yığma və dolağın və çıxış uclarının 
lehimlənməsi. Elektrik maşınlarının rotor dolaqlarının bandajlanması. Dolaqların 
hopdurulması və qurudulması. 
5.Maşınların stator və rotor dəmirinin və transformatorun nüvəsinin təmiri. 
6.Rotorun statiki və dinamiki balanslaşdırılması. 
7.Avadanlığın qovşaqlarının yığılması: yastıq altlıqları və yağlama halqaları 
ilə yastıq şitlərinin, kontakt halqaları və ventilyatorla rotorun, çıxışlarla 
transformator qapaqlarının, dolaqlarla transformator nüvəsinin və s. 
8.Avadanlığın tam yığılması. 
9.Təmir edilmiş avadanlığın son (buraxılış) sınağı. Avadanlığın rənglənməsi, 
onun pasportlaşdırılması və hazır məhsul anbarına nəql edilməsi. 
Elektrik avadanlıqlarının iri təmir sexlərində və ya emalatxanalarda təmiri 
zamanı axım – qovşaq metodu xüsusən səmərəlidir. Bu metod bunlardan ibarətdir. 
Zədələnmiş qovşaqlar (stator, rotor, transformatorun nüvəsi dolaqlarla, 
transformatorun çəni və b.), sökülmüş transformatorlar, maşınlar və ya aparatlar 
eyni vaxta uyğun ixtisaslaşdırılmış təmir sahələrində (hopdurma və qurutması olan 
dolaq sahəsi, çilingər-mexaniki, qaynaq və b.b.) daxil olurlar. Sahələrdən hər 
birində təmirin texnoloji prosesi işlərin əməliyyatlar üzrə yerinə yetirilməsinə 
təşkil edilmişdir. Əsas və yardımçı əməliyyatlar bu zaman sərt ayrılmışlar. 
İşlərin belə təşkil sistemi ixtisaslı mütəxəsislərdən və təcrübəli fəhlələrdən 
yaxşı istifadə etməyə, vaxtı qısaltmağa və təmirin keyfiyyətini yüksəltməyə imkan 
verir. 
Nümunə kimi ola bilər: 
elektrik maşınlarının dolaq sahəsində işlərin əməliyyatlar üzrə yerinə 
yetirilməsi: 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin