Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Dolağın hazırlanma və təmir sahəsi



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
elektrik-techizati (1)

Dolağın hazırlanma və təmir sahəsi. 
Dolaq bölməsi işlərin spesifikliyinə 
görə, bir qayda olaraq, sərbəst sahədir. Elektrik maşınlarının və transformatorların 
dolaqlarının təmir sahəsi bir sıra bölmələrdən ibarətdir, hansılarda ki, köhnə dolaq 
naqilini (maşınlar üçün) bərpa edirlər, izolyasiya detalları (gilizlər, çivlər, 
qutucuqlar, karkaslar), seksiyaları və makaraları hazırlayırlar, bilavasitə dolaqları 
yerinə yetirirlər, dolaqları və onun hissələrini hopdurur və qurudurlar. 
Komplektləşdirmə və yığma sahəsi. 
Bu sahədə bütün təmir olunmuş detallar 
və qovşaqlar daxil olur, sonra burada avadanlığın tam yığılmasını və onun ehtiyat 
hissələrlə komplektləşdirilməsini həyata keçirirlər. 
Sınaq bölməsi.
Bura təmir olunmuş və tamamən yığılmış avadanlığın sınağı 
üçün nəzərdə tutulmuşdur. Bölmə yığma meydançasının yanında yerləşmişdir. Və 
tam və hər tərəfli sınaqlar və ölçmələr aparmağa imkan verən vacib stendlərə və 
stasionar qurğulara malikdir. Təmirin keyfiyyətini təsdiqləmək üçün maşın və 
transformatorların təmir prosesində tez-tez aparılan lazımi ölçmələri təmir 
sahələrində gəzdirilən aparatlarla yerinə yetirirlər. Bu ölçmələr əməliyyatlar arası 
nəzarət üçün nəzərdə tutulmuşlar. 
Çilingər və mexaniki sahələr. 
Çilingər, qaynaq, dəmirçi işləri və mexaniki 
emal sahələrini təmir bazasının təşkilinin konkret şəraitlərindən asılı olaraq 
yaradırlar. 
Məsələn, transformatorların təmiri zamanı qaynaq işlərini qaynaqçılar 
briqadası gəzdirilən aparatların köməyi ilə təmin edə bilər. Çilingər işləri və 
mexaniki emal təmirin az bir hissəsini təşkil edir və çilingərlər briqadası tərəfindən 
təmir sahələrində və ya özünün uyğun və ya qonşu müəssisəsinin uyğun sexlərində 
yerinə yetirilə bilər. Transformatorların təmiri zamanı dəmirçi işləri, demək olar ki, 
olmur. 
Elektrik maşınlarının və işəburaxıcı-tənzimləyici aparatların təmir 
emalatxanalarında çilingər-mexaniki işlər böyük yer tutur. Sərbəst bölməni texniki 
və iqtisadi səmərəlilikdən asılı olaraq təşkil edirlər. Böyük sexlərdə çilingər və 
mexaniki bölmələri valların yonulması, yastıqların, kollektorların təmiri, müxtəlif 
detalların və ləvazimatların hazırlanması üzrə böyük həcmdə işləri yerinə yetirmək 
üçün yaradırlar. 
Aşağıda nümunə üçün elektrik maşınlarının iri elektrotəmir sexində texnoloji 
prosesin sxemi ( şəkil ) və yağlı güc transformatorlarının təmiri üzrə 
ixtisaslaşdırılmış bazanın nümunəvi sxemi ( şək) verilmişdir.

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin