Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
elektrik-techizati (1)

Sökmə və defektasiya sahəsi.
Sahə bilavasitə anbara söykənməlidir və 
qaldırıcı-nəqliyyat vasitələrinin xidmət zonasına yaxın olmalıdır. 
Orada təmirə daxil olan avadanlıqlara baxış keçirirlər və sınaq və lazımi 
elektriki və mexaniki ölçmələrlə zədələrin xarakterini müəyyən edirlər. Əgər 
lazımdırsa, avadanlığı ayrı-ayrı qovşaqlara və detallara ayırırlar, onları təmizləyir 
və yuyurlar. 
Yağ təsərrüfatı.
Yağ təsərrüfatını baxış və transformatorların sökülməsi 
sahəsi ilə yanaşı yerləşdirirlər. Bu sahədə işlənmiş kirli yağları boşaldır və təmiz 
quru yağ saxlayırlar. Burada həm də transformatora yağ doldururlar. 
Yağ təsərrüfatına elektrokimyəvi laboratoriya daxildir. Təsərrüfat yanğına 
qarşı təhlükəlidir və buna görə də yanğın təhlükəsizliyinin tələblərinə cavab 
verməlidir. 
 
Yuma sahəsi.
Sahə elektrik maşınlarının hissələrini yumaq üçün nəzərdə 
tutulmuşdur. Yuma binası yanğın təhlükəlidir (kerosin və ya benzin istifadə 
edərkən), buna görə də onu qonşu sahələrdən izolyasiya etmək vacibdir. Ondan 
başqa, bina ventilyasiya qurğusu ilə təchiz olunmalıdır. 
Güc transformatorlarının təmir bölməsi. 
Güc transformatorlarının təmiri 
üzrə ixtisaslaşmış emalatxanalarda bilavasitə yaxınlıqda defektləşdirmə və sökmə 
bölmələrindən iki sahə yaradırlar. 
Birinci sahədə 
nüvəni sökür və təmir edirlər. Bu sahədə və ya onun yanında 
dolaq, hopdurma və qurutma sahələri yerləşmişdir. 
İkinci sahədə 
çəni, qapağı, genişləndiricini və s. Təmir edirlər. Yaxınlıqda 
izolyatorların armaturlaşdırılması üzrə bölmə yerləşir. 
Elə bu sahədəcə təmir edilmiş nüvəni dolaqla birgə çənin içərisinə 
quraşdırırlar və transformatoru tam yığırlar. Bundan sonra onu yağ təsərrüfatına 
verirlər. Orada ona yağ doldururlar və sınağa göndərirlər. 



Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin