Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
elektrik-techizati (1)

4-cü hissə
Plan 
 
1.Təmir işlərinin təsnifatı və həcmi 
2.Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri 
3.Təmirin texnoloji prosesi və metodu 
4.Təmir bazasının təşkili haqda ümumi məlumatlar 
5.Elektrik maşınlarının əsaslı təmirinin texnoloji sxemi 
6.Transformatorun əsaslı təmir prosesinin texnoloji sxemi 
7.Təmir işlərinin mexanikləşdirilməsi 
8.Sınaq stansiyasının avadanlığı və əsas ölçü cihazları 
9.Əsas çilingər və montaj alətləri 
 
Ədəbiyyat 
 
1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт 
электрооборудования. – М.: Колос, 1981. 
2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и 
ремонта электрооборудования. М.: Агропромиздат, 1990.
3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по 
ремонту электрических машин. М.: Высшая школа, 1980. 
4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: 
Высшая школа, 1983. 
Təmir işlərinin təsnifatı və həcmi 
 
Ayrı – ayrı hissələrin yeyilməsi, materialların köhnəlməsi və düzgün olmayan 
istismar rejimləri nəticəsində maşınlar və aparatlar və ya onların ayrıca detalları 
xarab olur və ya tamamilə sıradan çıxır. Avadanlığın zədələnmiş və ya yeyilmiş 
hissələrini təmir edirlər və ya yenisi ilə əvəz edirlər. 
Elektrik avadanlıqların etibarlılığı və arası kəsilmədən işləməsi və xidmət 
müddətinin uzadılması kənd təsərrüfatında planlı xəbərdaredici təmir - 
ktPXT
(ППРЭсх) sisteminin daxil edilməsi ilə əldə olunur. 
Bu sistemlə istismar xidmətləri; elektrotexniki avadanlıqların müəyyən 
müddətlərdə yerinə yetirilən periodik təmiri; texniki istismar qaydaları və 
instruksiyada nəzərdə tutulmuş müddətlərdə avadanlığın profilaktik sınağı nəzərdə 
tutulmuşdur. 
Elektrotexniki avadanlığın keyfiyyətli istismar xidmətləri və periodik 
profilaktiki sınağı, qəzaların və vaxtından əvvəl zədələnmələrin qarşısını almaqla, 
avadanlığın normal istismarını təmin edirlər. 


İstismar xidməti elektrik maşınlarının, transformatorların və işəburaxıcı-
mühafizə aparatların normal yükünün saxlanmasında, müntəzəm xarici baxışdan, 
yastıqların, dolaqların, kontaktların və maqnit dövrəsinin dəmirinin temperaturuna 
nəzarətdə, kontaktların təmizlənməsində və sürtünən hissələrin yağlanmasında, 
maşınların kollektorlarında və ya kontakt halqalarında fırçaların istifadəsinə 
nəzarətdə ifadə edilir. Xidmətin bu növündə həmçinin kiçik nasazlıqları aradan
qaldırırlar, narahat bərkitmələri çəkirlər, avadanlığın sökülməsini tələb etməyən 
işləri görürlər və elektrik maşınlarının yastıqlarının və açıcı aparatların 
kontaktlarının yeyilməsini yoxlayırlar. 
Güc transformatorlarında qəza açılmasından sonra çıxış hissələrini və maqnit 
ötürücüsünün şpilkalarının izolyasiyasını baxışdan keçirirlər, gərginlik 
çevirgəcinin, kipləşdiricilərin və dolaqların izolyasiyasının vəziyyətini müəyyən 
edirlər. 
Profilaktik sınaqlar izolyasiyanın ölçülməsini və sınağını, transformator 
yağının sımağını, elektrik maşınlarında statorla rotor arasındakı hava boşluğunun 
yoxlanmasını, açıcı aparatların kontaktlarındakı təzyiqə nəzarəti və normaların və 
istismar qaydalarının nəzərdə tutduğu uyğun əməliyyatları özündə birləşdirirlər. 
Elektrik avadanlıqlarının və ya onun hissələrinin təmiri öz həcminə 
mürəkkəbliyinə görə 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin