Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci



Yüklə 411,24 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix13.12.2023
ölçüsü411,24 Kb.
#176530
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
elektrik-techizati (1)

 
 
 


Etibarlılıq nəzəriyyəsinin əsas termin və anlayışları 
 
Etibarlılıq hər hansı texniki qurğu, o cümlədən elektrik avadanlıqlarının 
keyfiyyətinin ən vacib texniki-iqtisadi göstəricisidir. Bununla əlaqədar olaraq 
elektrik avadanlıqlarının müxtəlif proseslərdə tətbiqi zamanı istehsalatın texniki 
səviyyəsi həmin avadanlıqların etibarlılıq dərəcəsilə müəyyən edilir. Elektrik 
qurğularının istismarı zamanı sıradan çıxması (dayanması) təsərrüfata böyük 
maddi ziyan vurur. 
Elektrik avadanlıqlarının 
etibarlılığı
dedikdə, onun verilən vaxt ərzində və 
müəyyən tətbiq olunma şəraitində sıradan çıxmadan işləməsi qabiliyyəti başa 
düşülür. 
Hər hansı qurğunun etibarlılığının ölçüsü iş zamanı sıradan çıxmaların 
intensivliyidir. 
Etibarlılıq məsələlərinin təhlili və tədqiqilə məşğul olaan elm etibarlılıq 
nəzəriyyəsi adlanır. Bu elmin əsas vəzifəsi ehtimal nəzəriyyəsi və riyazi statistika 
metodları əsasında texniki qurğularda baş verən sıradan çıxmaların 
qanunauyğunluqunu öyrənməkdir. 
Etibarlılığın əsas anlayış və terminləri qüvvədə olan DÜİST 13377-75
“Texnikada etibarlılıq terminləri”-ndə ətraflı verilir. 
Bu anlayış və terminlərə aşağıdakılar daxildir: 
etibarlılıq, iş qabiliyyətlilik, 
sıradan çıxma, nasazlıq, işləmə müddəti, sıradan çıxmamaq, uzunömürlülük, 
təmirə yararlılıq, resurs, xidmət müddəti, sıradan çıxmadan işləmə ehtimalı, 
sıradan çıxmanın intensivliyi, təmir oluna bilən və s. 
Etibarlılıq
– texniki qurğunun özünün istismar göstəricilərini müəyyən 
olunmuş vaxt müddətində saxlamaqla verilmiş funksiyanı yerinə yetirmək 
xassəsidir. 
İş qabiliyyətlilik
– qurğunun texniki sənədlərdəki tələblərlə müəyyən olunmuş 
parametrli verilmiş funksiyanı yerinə yetirmək vəziyyətidir. 

Yüklə 411,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin