3
3.4.
Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını,
elmi-pedaqoji və
peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə
araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə
edilməsi üçün təkliflərlə çıxış edir.
3.5.
Müəllim yenilikçidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir
və öz təcrübəsində tətbiq edir.
3.6.
Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir
təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır.
3.7.
Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların
mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8.
Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə
peşəsinə olan ictimai
etimad və hörməti doğruldur.
3.9.
Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu
yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
3.10. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə,
mədəniyyətinə, dilinə, adət və ənənələrinə,
milli və umumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və
vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə
həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə
görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və
səmərəli istifadə edir,
onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı,
tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün
istifadə etmir.
3.15. Müəllim
icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət
edir.
Dostları ilə paylaş: