4
4.1.4.
Müəllim
təhsilalanlarda
müsbət
keyfiyyətlərin formalaşmasına və
inkişafına
təkan
verəcək
müasir
təlim
texnologiyalarından
və
strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları
zərərli vərdişlərdən çəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların
fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının
qiymətləndirilməsində
obyektiv
və
qərəzsiz
olmalı,
təhsilalanlarda
özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir.
Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız
olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı
haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun
nəticələrini
aradan qaldırmağa çalışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və
təhqiredici
sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və
ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla,
müəllim
təhsilalanlar
tərəfindən ona verilən
şəxsi
məlumatların məxfiliyini
qorumalıdır.
4.1.11. Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə
səlahiyyətlərindən sui-
istifadəyə yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan
hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13. Müəllim qanunvericiliklə müəyyən edilmiş
qaydada təhsilalanlara
göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul
tələb etməməlidir.
Dostları ilə paylaş: