6
4.4.4. Valideyn
və
qanuni
nümayəndələrlə
münasibətlər
təhsilalanlarla
münasibətlərə və onların
nailiyyətlərinin
qiymətləndirilməsinə təsir
göstərməməlidir.
4.4.5. Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla
təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və
nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.5.
Müəllim və cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını
daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə
fəaliyyətini həyata
keçirərkən deyil, bütün hallarda münaqişələrə və yersiz
mübahisələrə yol verməməli,
problemlərin həllinə, münaqişələrin qarşısını
almağa çalışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət
üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir
altına düşməməlidir.
5. Müəllim andı
5.1.
And Azərbaycan Respublikası ilə müəllim arasında açıq
hüquqi borc və
sədaqət münasibətlərini təsdiq edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan
təhsilinin ənənələrinə
sadiq qalacağıma,
keyfiyətli təhsil xidməti
göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir
formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar,
valideynlər və
digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma,
müəllim adını və şərəfini uca tutacağıma and içirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata
keçirilir.
5.4.
Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində
saxlanılır.
Dostları ilə paylaş: