Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


əbədi dövranından başqa bir şey deyildir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   6   7   8   9   10   11   12   13   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

əbədi dövranından başqa bir şey deyildir. Təsadüfi deyildir ki, arxaik miflərdəki süjetlərin 
heç birində "keçmiş", "indi" və "gələcək" arasında keçidlər və ümumiyyətlə bu kateqoriyalar 
özləri mövcud deyildir. Dünyanın nə vaxtsa formalaşmış ilkin halı, həmin miflərdə demək olar 
ki, dəyişilmədən hər yerdə və həmişə mövcud reallıq kimi iştirak edir. Ümumiyyətlə, mifoloji 
təfəkkürə dəyişkənlik, prosessuallıq ideyaları yabançıdır. Nə vaxtsa baş verən hadisə mifdə heç 
vaxt tamamlanıb başa çatmır. Ən qəribəsi budur ki, hadisə nəinki baş verib qurtarmır, o heç 
davam da etmir. Mifik hadisə haqqında yalnız onu demək olar ki, o əbədi mövcuddur, lakin 
başlanğıcı və sonu, ardıcıl aralıq mərhələləri olan proses şəklində deyil, mütləq, dəyişməz olan 
predmet, əşya şəklində mövcuddur. 
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə qədim 
insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi kimi seçib ayıra 
bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam bitişik şəkildə təsəvvür 
olunurdu. Məsələn, hətta Homerdə belə "gün" sözü zaman anlayışı ilə hansısa bir təbii predmet 
kimi, sanki prosesin "yerişi", addımı kimi təsəvvür olunurdu. Məkan haqqında təsəvvürün 
maddi predmetlərin özündən təcrid olunaraq, müstəqil varlıq kimi anlaşılmasına ilk dəfə olaraq 
atomistlərin təlimində rastlaşırıq. Demokrit məkanı boşluqla eyniləşdirərək, onun 
mövcudluğunu atomların mövcudluğu qədər real hesab edirdi. Məkanı maddi predmetlərdən 
asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış substansional 


19 
konsepsiya adlanır. Zamana münasibətdə substansional konsepsiya məkanla birlikdə sistematik 
olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona 
görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir. 
Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın relyasion 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin