Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


kateqoriyasının mahiyyətini təşkil edirlər



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   6   7   8   9   10   11   12   13   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

kateqoriyasının mahiyyətini təşkil edirlər
Məkan və zaman varlığın ən xarici və bilavasitə bəlli olan xarakteristikaları olduqlarına 
görə, dialektik materializm onları materiyanın mövcudluğun obyektiv-real formaları kimi 
nəzərdən keçirir. 
Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır. 
Gerçəklikdəki bütün cisim və proseslər müəyyən məkan və zaman mövcuddurlar. Məkan-
maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında 
xüsusi surətdə yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin müəyyən ardıcıllıq 


18 
və sürəkliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. 
Məkan-zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan-zaman sonsuzdur
tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən, 
məcmusundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-zaman 
xassələrinə malikdir. Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır
uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar üç istiqamətdə 
hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən 
gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq 
mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir.
Məkan və zaman haqqındakı təsəvvürlərin meydana gəlməsi və onların kateqoriyalar 
şəklində təşkili uzun bır tarixi yol keçmişdir. Bu tarixi prosesi, xüsusən zaman haqqındakı 
təsəvvürlərin inkişafı timsalında əyani şəkildə izləmək mümkündür. Cəmiyyətin inkişafının elə 
bır mərhələsi olmuşdur ki, insanlar həmin dövrdə uzun müddət varlığın zaman xarakteristikasını 
sanki hiss etməmişlər. Cəmiyyətin qəbilə-icma təşkili, hər bır fərdin öz icmasından, bu 
axırıncının isə bütövlükdə onu əhatə edən təbii mühitdən amansız asılılığı həmin dövrün 
təfəkkür tərzinə öz təsirini göstərməyə bilməzdi. 
Lakin bu cür təfəkkür ibtidai cəmiyyət üçün xarakterik olan müvafiq stereotip doğurmaya 
bilməzdi: indi mövcud olan hər şey artıq uzaq keçmişdə də mövcud idi; "indi", keçmişin 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin