N Ə T İ C Ə
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar belə bir ümumfəlsəfi nəticə
çıxarmağa
imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir.
Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür.Materializmə görə
dünya yalnız materiyadan,onun hallarından və xassələrindən
ibarət olduğundan və qeyd
etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət
materiyanın atributu,onun “mövcudluq üsulu” kimi anlaşılır. Hərəkət və sükunət haqqındakı
məsələni
ilk dəfə olaraq, yalnız elm filosofları diskussiya predmetlərinə çevirdilər. Bu vaxta
qədər sarsılmaz və önlüyündə aşkar bir həyat faktı kimi davranılan hərəkətin mövcudluğuna
olan “anadangəlmə” inam şübhə altına almadı. Elm fəlsəfi hərəkət məsələsini məhz bu problem
kimi bütün kəskinliyi ilə qədim yunan mütəfəkkirləri qarşısında qoydu.
Lakin elm məktəbi
hərəkət problemini yalnız qoymaqla kifayətlənərə, onu nəzəri təhlilə cəlb etmədi. XIX əsrin 40-
cı illərində enerjinin saxlanması və çevrilməsi qanunu hərəkətin heçdən yaranması və itməsi,
onun yalnız bir keyfiyyət halından digərinə çevrilməsi haqqındakı təsəvvürün qərarlaşmasında
həlledici rol oynadı. F.Engeles həmin idarə elm və təbiətşünaslığın nailiyyətlərini
ümumiləşdirərək, hərəkətin əsas formasının aşağıdakı təsnifatını vermişdir: 1)mexaniki hərəkət;
2)fiziki hərəkət;3)kimyəvi hərəkət;4)bioloji hərəkət və 5)sosial hərəkət. Bu təsnifatı
XIX əsrin
ortalarında elm və təbiətşünaslığın verdiyi məlumatlara əsaslandığından, təbiidir ki, elmin bu
günkü inkişaf səviyyəsi baxımından müəyyən dəyişikliklərə məruz qalmaya bilməz.
Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını
tətbiq etmək mümkündür.Bu ölçü ən müxtəlif xarakter daşıya bilər.
Ölçü olaraq cisimlərin
uzunluğunu, enini, hündürlüyünü, onların həcmlərini nəzərdə tutmaq mümkündür. Predmetlər
bir-birinə nəzərən müxtəlif vəziyyətlərdə- yuxarıda, aşağıda, solda sağda və s. yerləşə bilərlər.
Cisimlərin malik olduqları bu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil
edir. Predmet və
hadisələrin nisbi sabitliyinin, dayandığının, keyfiyyət bütövlüyünü də ölçüsü
vardır. Həmin ölçü predmetin və ya prosesin möcudluq, davametmə
müddətini ifadə edir və
sürəklik adlanır.