13
Obyektiv reallıq olan materiya müxtəlif formalarda mövcuddur. Bizi əhatə edən təbiətin
bütün formaları materiyanın konkret təzahürləridir. Materiyanın fəlsəfi anlayışı
duyğu ilə
qavranılan şeylərin, materiyanın konkret formalarının müxtəlif keyfiyyət fərqlərindən sərfnəzər
edərək aləmin ayrı-ayrı predmet və hadisələrinə xas olan ümumi xassəni əks etdirir.
Müxtəlif predmet və hadisələrin, o cümlədən materiya tərifinin əhatə etdiyi ictimai
proseslər və münasibətlərin həmin ümumi xassəsi onların hamısının obyektiv reallıq kimi
mövcud olması
xassəsidir. Materiyanın fəlsəfi anlayışı da obyektiv reallığı,
insan şüurundan
xaricdə və ondan asılı olmadan mövcud olan hər şeyi ifadə edir.
Özlərinin ideya sələfi olan C.Berklinin ardınca materiya anlayışını qovub fəlsəfədən
çıxarmağı öz qarşılarına məqsəd qoyan maxist fiziklər materiyanın təşkil olunduğu elektronların
və hansı başqa zərrəciklərin reallığını rədd edirdilər. Atom və elektronları bilavasitə görməyin,
duymağın mümkün olmamasından Max belə nəticə çıxarırdı ki, onlar real olmayıb yalnız fikri
şeylərdir. Max və onun tərəfdarları maddi aləm haqqında biliklərimizin mənbəyi olan duyğuları
mövcudluğun əsasına qoyaraq, duyğularda verilməyi obyektiv surətdə mövcud olmağın yeganə
və zəruri meyarı sayırdılar. Halbuki materiyaya "bizə duyğularımızda verilmiş obyektiv reallıq"
kimi verilən tərifin mahiyyətini başa düşməyərək ondan duyğularımızda verilməyin materiyanın
mütləq şərti, zəruri meyarı olması nəticəsini çıxartmaq üçün heç bir əsas yoxdur. Həmin tərifin
mahiyyəti bundan ibarətdir ki, materiya şüurumuzdan asılı
olmadan mövcuddur və eyni
zamanda idrakın başlanğıc momenti, ilk mənbəyi olmaqla duyğularımızla dərkediləndir.
Deməli, həmin tərif yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfənin əsas məsələsinin hər iki-həm
ontoloji, həm da qnoseoloji tərəflərinin vəhdətini əks etdirir.
Deyilənlərə yekun vuraraq materiya anlayışına verilən tərifin
belə bir ümumi cəhətini də
qeyd edək ki, o, fəlsəfənin yerinə yetirdiyi ontoloji, məntiqi, qnoseoloji,
dünyagörüşü,
metodoloji funksiyaların vəhdət halında tətbiq olunması nümunəsi kimi çıxış edir. Məsələn,
materiyaya obyektiv reallıq kimi tərif verdikdə onun ontoloji aspekti, materiyanı obyektiv
reallığı göstərməkdən ötrü işlənən fəlsəfi kateqoriya kimi ifadə edərkən
onun məntiqi aspekti
qeyd olunmuşdur. Bunlardan başqa həmin tərif çox böyük dünyagörüşü və metodoloji
əhəmiyyətə də malikdir. Bununla da həmin tərifdə fəlsəfənin bütün funksiyaları onların
vəhdətində realizə olunmuşdur.
Müasir elm getdikcə daha artıq dərəcədə təsdiq edir ki, materiya öz təzahürlərinə görə son
dərəcə müxtəlifdir.
Tarixi inkişaf baxımından materiyanın üç səviyyəsini, növünü, yaxud
Dostları ilə paylaş: