Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   2   3   4   5   6   7   8   9   ...   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

Gerçəklik keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün şeylərin, 
proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə mövcud olan şeylər



hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sistemləri, şəxsi həyəcanları, 
fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentləridir. Gerçəkliyə daxil olan hadisələrin 
sürəkliliyi olduqca müxtəlifdir: bəziləri uzun ömürlüdür, bəziləri isə ani baş verir. Buna görə də 
gerçəklikdə daim yeni-yeni cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra 
isə yenilərinə çevrilirlər. 
Gerçəklik anlayışına sinonim olan reallıq anlayışıdır. Reallıq çox geniş olub obyektiv və 
subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurundan kənarda mövcud olan 
gerçəklik obyektiv reallıq adlanır. Kvarklar, elementar hissəciklər, nüvə, atom, molekul, 
cisimlər, qalaktika, metaqalaktika, fiziki sahənin müxtəlif növləri, ictimai proseslər və s. 
obyektiv reallığın ayrı-ayrı elementləridir. İnsan şüurunda, insan təfəkküründə, insan 
təxəyyülündə mövcud olan gerçəklik isə subyektiv reallıqdır. Subyektiv reallıq insanın zehni 
fəaliyyətinin, daha doğrusu, onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan 
fikirlər, anlayışlar, mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə 
deyildiyi kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. Şifahi xalq ədəbiyyatında geniş işlənən 
cin, şeytan, pəri, əjdaha, yaxud elmi fantastik əsərlərdə təsvir olunan müəyyən hadisələr 
subyektiv reallıqdır. İnsan şüurundan xaricdə mövcud olan obyektiv reallıq və onun inikası kimi 
ancaq insan şüurunda mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də möhkəm 
vəhdətdə və əlaqədə olub bir-birinə qarşılıqlı təsir göstərirlər. Obyektiv və subyektiv reallığın 
bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsəfənin "varlıq" kateqoriyasında tapır. İnsan obyektiv 
reallığın məhsulu, subyektiv reallığın: xülyalar,
kəşflər, ixtiralar, fantaziyalar aləminin 
yaradıcısıdır. Deməli, o,
obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mənada varlığın 
mərkəzidir. İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq olduğuna görə 
informasiyaları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq, hifz etmək və 
sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin
yaşaması üçün olduqca 
vacibdir. 
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mənəvi varlıqdan ibarət olmasını 
xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına yaxındır. 
Varlıq kateqoriyası universal əlaqəni-predmetlərin, hadisələrin, ideyaların və s. 
mövcudluğunu özündə ifadə edir. Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin