20
Yəhya Həbəş
oğlu Suhrəvərdi böyük filosof, işraqilik fəlsəfəsinin banisidir.
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm,
sufizm və işraqilik
məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və təbiətşünaslığa dair
“Qeydlərində” (Əl-təlvihat), “Müqavimətlər” (Əl-müqavimət), “Baxışlar” (Əl-ləməhat) və
başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatını hazırlamış, peripatetik təlimini inkişaf
etdirmişdir. “Filosofların görüşləri” traktatında Şərq peripatetizmini
ortodoksal islam
ideoloqlarının hücumlarından qorumuşdur. “Cəbrail qanadının səsi”, “Qızğın əql”, “Bir gün
sufi camaatla birlikdə”, “Uşaqlıq haləti haqqında”, “Qarışqaların dili”, “Simurğun civiltisi”,
“Ürəklərin bağı” (yaxud “Ürəklərin çəməni”) və başqa traktatlarında o öz sufi sələflərinin
ideyalarını
təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur.
Şihabəddin Suhrəvərdinin “İşıq heykəlləri”, “İmaməddin lövhələri”, “İşıqnamə”, xüsusən
“İmraq fəlsəfəsi” və bir sıra başqa əsərlərində işraqilik təliminin başlıca məsələləri verilmişdir.
Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uyğundur. Şiraqilik (Əl-işraqiyyə) bu sözdən
əmələ gəlib, «işrağa məxsus» deməkdir. Bu təlimə görə işıqlardan və onun kölgələrindən
təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur.
Tək və səbəbsiz olan həmin
işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla
işraqilik fəlsəfəsində Şərq peripatetizmindəki əql, nəfs və cismin
üçlük sisteminə əsaslanan
yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. İşraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv
mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında
daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları
əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq etməlidir, O, deyirdi
“siyasət
onun əlində olarsa, zaman işıqlı olar”.
Şihabəddin Suhrəvərdinin fəlsəfəsini, xüsusən onun işiraqilik
təlimini Şəmsəddin
Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-1311), Vədud
Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar inkişaf etdirmişlər.
Dostları ilə paylaş: