297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani
GİRİŞ Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü
minilliyinə qədəm qoymuşdur. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək
sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğalaşması
Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəfi fikir və
dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaratmışdır. Ölkənin fəlsəfi
mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər
mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin
mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci
yarısından ölkə xalqlarının ictimai şüurunda varlığın başlanğıcı və sonu, təkamülü, insan
və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət,
xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və
onları ehtiva və təmsil edən mifologiya və dinlə bağlı, kökləri keçmiş minilliklərə gedib
çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur.
Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub inkişaf etdiyi
dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm arasında tərəddüd
edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib inkişaf
etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam
dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif
ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-
fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa
Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab,
İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin
maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.