5
4. Zərdüştiliyin ictimai-tarixi görüşləri ziddiyyətli, mifik səciyyə daşıyır. Zərdüştə görə
dünya tarixi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir və şər qüvvələrin hökmranlığı bir-
birini əvəz edəcəkdir. 3 min il Hörmüz ardıcıllarının “qızıl əsr” olacaq, sonra isə onu Əhrimən
və şər qüvvələrin hökmranlığı əvəz edəcəkdir. Lakin şər müvəqqətidir, onun ardıcılları
axirətdə hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır cəza alacaqlar.
Xeyrin - Hörmüzün tərəfdarları isə axirət xoşbəxtliyinə yetişəcəkdir.
5. Zərdüştiliyin dünyagörüşü dualist səciyyə daşıyırdı. Həm maddi,
həm də ideal olan
başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla, iki hissəni vəhdətdə ifadə edirlər.
Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai dini ənənələrini də ifadə edən,
kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət olmasına inadla bağlı ritual və mərasimlər
geniş yer tutmuşdur. “Avesta”nın animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh
təkcə insana və heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur.
Ruh həmin cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir
ki, onun vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir,
mövcud
olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da “Avesta”da öz əksini tapmışdır. Ruh
insanın şüurlu fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələrində məşəl
yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə
bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilmişdir.
7. Zərdüştiliyin mənəvi-əxlaqi idealı da xeyirlə, ədalətlə sıx bağlı olmuşdur. “Avesta”da
zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün fəaliyyətini “xeyir fikir,
xeyir söz və xeyir işin (əməlin) vəhdəti əsasında qurmalıdır. Deməli, o, yaxşı, xeyirxah
fikirləşməli, həmişə yaxşı, xeyirli danışmalı və faydalı,
gözəl işlər görməli, həmişə şəri rədd
etməlidir. Bu üç tələb Zərdüştiliyin əxlaqi, saflaşdırıcı prinsipləridir. Zərdüştə görə insan
həmişə mülayim, adil, xeyirxah olmalıdır. O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüştlükdə
yalançı ilə düşmən, şər eyni mənalı anlayışlar kimi işlədilir.
8.”Avesta”nın cəmiyyətə, dövlət idarəçiliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin
demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, “Avesta”nın sonrakı
tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur.
Hakimiyyətin, əmlakın, şan-şöhrətin insana Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: “Mən o şəxsəm ki pak bir təbiətlə
insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdanın (Hörmüzün) yaxşı əməl üçün
verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır,
doğru yola getməyi
insanlara öyrədəcəyəm”, “Doğruluq atası Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək
üçün, bu müqəddəs ağıl uğrunda istər dildəki danışıq və pak xəyal ilə bağlı sözlərlə, istərsə də
qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən”, “Aləmi-
təsəvvürdə ilk özünü göstərən o iki əkiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda
yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən
anlayan adam gərək pisi yox, yaxşını özünə seçə” və i.a.
6
Daha sonrakı dövrlərdə (e.ə. VII -VI əsrlər) zərdüştlükdə xeyir allahı Hörmüzə (Ahura-
Məzdaya) pərəstişə əsaslanan
məzdəkilik dini-təriqəti meydana çıxır. Xeyrin şər üzərində qəti
qələbəsinə inanan və onu təbliğ edən məzdəkilik Odu Hörmüzün yerdə təzahürü hesab edir,
oda sitayişi geniş yayırdı. Zərdüştlükdən fərqli olaraq, məzdəkilik
ölünün dəfn edilməsinə
icazə verir, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hökmdarlar arasında vasitəçi olması
ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəkilik bütpərəstliyə də yol
verirdi.
Avesta (Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad
(Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə yönəldilən qanun, Yasna
("Dua etmə", "Sitayiş etmə") ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı
qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli
mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks
etdirən mətnlər (yaştlar - himnlər) Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar
müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası
bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr
arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində
yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında
mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı
Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə,
Avesta politeist və monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında
çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə,
təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi
dövlət dini elan edildikdən sonra onun dualist və politeist cəhətləri
arxa plana keçirilmiş,
Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın yeganə
yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada
Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana
çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə
xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tərif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah
sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır". Avestada başqa himnlər də
mənəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, məcusilikdə bütün söhbət
işığın qaranlığa çulğalaşması səbəbini və işığın qaranlıqdan xilasolma səbəbini izah etmək
qaydaları ətrafında gedir, çünki bir-birinə zidd iki əsas - işıq ilə qaranlıq dünyadakı mövcud
şeylərin mənbəyidir. Din və fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər
o ikisinin (işiq və qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana
çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklıq və xəbislik işıq və qaranlığın qatılığından