19
varlıq və idrak məsələlərinə düzgün elmi cavab verməyə çalışmışdır. Bu cəhətdən onun fəlsəfi
görüşləri təkamül yolu ilə keçmişdir. Bəzən o, allahla
təbiəti birləşdirən panteizmə, allahı
təbiətin canlı ruhu kimi başa düşən
hilozoizmə, bəzən isə deyə dünyanın çoxluğunu və
sonsuzluğunu qəbul edən materialist baxışa meyl göstərmişdir. N.Gəncəvi yerin kürə şəklində
olduğunu dönə-dönə söyləmiş, yer səthinin dəyişilməsində təbii amillərin - zəlzələnin, suyun,
küləyin təsirindən danışmışdır. Onun dini xurafata zidd azadfikirlilik meylləri öz əksini ruhla
bədənin münasibəti məsələsinin həllində də tapmışdır. “Xosrov və Şirin” poemasında
N.Gəncəvi ruhla bədənin
üzvü vəhdət təşkil etdiyini, bunları bir-birindən ayrılıqda təsəvvürə
gətirmək mümkün olmadığını qeyd etmişdir. O, yuxu görməni ruhun ölməzliyinə sübut kimi
qələmə verməyə cəhd göstərən dini ehkamları təkzib edir, yuxunun rasionalist izahını verməyə
çalışır. Hələ Pifaqor və Platonun irəli sürdükləri “anemiezis”, yəni bədən öləndən sonra ruhun
yaşaması və keçmişi xatırlamaq qabiliyyətinin saxlanması haqqında
dini-mistik təliminin
puçluğunu göstərirdi. O, axirət dünyası barədə ehkamlara əks çıxaraq onları əfsanə adlandırır
və ölmüş insanı suya qərq olmuş közə bənzədir: Suda közün alışması mümkün olmadığı kimi,
öləndən sonra da heç bir gələcək, axirət həyatı ola bilməz. N.Gəncəvinin idrak məsələsinə
baxışlarından müəyyən dərəcədə skeptisizm (şəkkaklıq) və
aqnostsizmin təsiri duyulsa da, o,
əsasən rasionalist olmuş, maddi olan bütöv varlığın dərk edilməsinin mümkünlüyünü qəbul
etmiş, ağlın, fikrin, elmin qüdrətinə inanmışdır. Onun rasionalizminin bir cəhəti də kainatın
qanunauyğunluğunun öyrənilməsində nöqtə, xətt, müstəvi, cisim kimi bəzi riyazi anlayışlarının
tətbiqindən bəhs etməsidir. (İdrak qabiliyyəti baxımından fəlsəfəyə daha çox üstünlük vermiş,
müasirlərində qədim hind və yunan fəlsəfəsinə maraq oyatmağa çalışmışdır. İnsan zəkasının
qüdrətinə dərin inam bəsləyən N.Gəncəvi əsərlərində elmin
fəzilətindən dönə-dönə bəhs
etmişdir. Onun yaradıcılığında filosof obrazları mühüm yer tutur. Onlar hökmdarları və
cəmiyyəti düzkün istiqamətləndirən qüvvə kimi təsvir edilirlər. Aristotel, Platon, Sokrat və b.
Yunan alim-filosoflarının adlarının şərq ölkələrində şöhrətlənməsində N.Gəncəvinin
poemalarının da rolu böyük olmuşdur. Şair onların dili ilə özünün həyat haqqındakı fikirlərini
ifadə etmiş, Ptolomey və Evklid kimi görkəmli alimlərin əsərlərinin ərəbcəyə tərcümələrindən
faydalanmışdır.
N.Gəncəvinin yaradıçılığında bu zəngin biliyə əsaslanan elmi əhəmiyyətli beytlər və
parçalar yoxdur. O, eyni zamanda elmin dar çərçivədə inkişaf etməyəcəyini söyləyir, tərcümə
vasitəsilə bütün xalqların mədəni irsini öyrənməyin zəruriliyini göstərirdi. Təsadüfi deyildir ki,
onun qəhrəmanı İsgəndər bütün ölkələrdə ələ keçirdiyi kitabları yunan dilinə tərcümə etdirirdi.
N.Gəncəvi insanın əxlaqi gözəlliyinə
xüsusi qiymət vermiş, kamil insanın ancaq zahiri
əlamətləri deyil, mənəvi gözəllikləri ilə də seçildiyini qeyd etmişdir. O, ançaq yüksək əxlaq
prinsiplərinə riayət yolu ilə xoşbəxt cəmiyyət qurulacağına inanırdı. N.Gəncəvi həm də böyük
vətənpərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri
Azərbaycanla əlaqələndirməyə,
vətənin qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. N.Gəncəvinin yaradıcılığında vətən
məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Dostları ilə paylaş: