21
Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi (1145–1234) və b. fəlsəfi irsi olmuşdur.
XIV əsrdə yaşamış Azərbaycanlı filosof
Sədəddin Mahmud Əbdülkərim oğlu
Şəbüstəri Təbrizi (1287-1320) Sufi–panteist mütəfəkkiridir.
Özünün xəbər verdiyi kimi o,
Misir, Şam və Hicaz ölkələrinə səfər etmiş, kəndbəkənd, şəhərbəşəhər gəzmiş, hər yerdə
adamlar və şeyxlərlə görüşmüş, elmi axtarışlarda olmuşdur.
Mütəfəkkir Sufizmə və onun fəlsəfəsinə aid “Dünyaların ağasını dərk etməyə dair
yəqinliyin həqiqəti”, “Həqiqət axtaranların güzgüsü”, “Sirlər gülşəni” və “Səadət kitabı”
əsərlərini yazmışdır. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur. Mahmud Şəbüstərinin
1317-ci ildə qələmə aldığı “Sirlərin gülşəni” kitabında başlıca ideya varlığın vəhdətinin
poetikcəsinə əsaslandırılmasıdır. M.F.Axundov bu fəlsəfi poemadakı mütərəqqi fikirləri yüksək
qiymətləndirmişdir. Dünya şöhrəti tapmış “Sirlər gülşəni” fəlsəfi poeması tanınmış
mütəfəkkirlər
tərəfindən şərh edilmiş, fars, eləcə də rus, ingilis, alman, fransız və türk
dillərində çapdan çıxmışdır.
“Sirr gülşəni” əsərində şair və filosofun dünyagörüşünün sufi–panteist tendensiyası öz
əksini tapmışdır. M.Şəbüstərinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif
təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni
təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə
Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır
ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra hallarda
ortodoksal ehkamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın
daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet və
elementlərlə, minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və
əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır.
İnsan dünyanın mövcudluğu nümunələrindən biridir.
Ümumiyyətlə, Mahmud Şəbüstəri
Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur.
XIV əsrdə Azərbayçanda
hürufilik cərəyanı meydana gəlir. Banisi
Fəzlullah Nəimi
(1330-1394) idi. Əsəri «Cavidannamə» adlanır. Hürufilik ərəbcə hüruf sözündən əmələ
gəlmişdir, mənası hərflər deməkdir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan
mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına
əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.
Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir. Əsas ideya
isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması, kainatın əbədiliyinin qəbul
edilməsidir.
Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər
Peyğəmbərlik, İmamlıq və Allahlıqdır.
Adəm
peyğəmbərlə başlayan Peyğəmbərlik dövrü
Məhəmməd peyğəmbərl
ə (s.ə.s) başa çatmışdır.
Əli
ibn Əbu Talibl
ə başlayan İmamlıq dövrü
11-ci imam
Həsənl
ə başa çatmışdır. Allahlıq dövrü isə Fəzlullahla başlamışdır və bütün
peyğəmbərlər onun gəlişini xəbər vermişlər.
22
Hürufilər
Adəmd
ən,
Musadan
və
Məhəmmədd
ən sonra Allahın qüvvəsinin təzahürü
kimi
Fəzlullah
ı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların
ən yaxşısında bəyandır (
zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər
bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan
ərəb
əlifbasın
ın 28 və
fars əlifbasın
ın 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas
hissələrinə,
Fatihə surəsinin
ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Bu ideyalarına görə Nəimi həbs edilərək, sonralar edam olunmuşdur. Fəzullah
həbsxanada məşhur “Cavidannamə” əsərini yazmışdır. Sözlərin
müqəddəsliyini irəli sürən
həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini tapmışdır. Bəzi filosoflar bu cərəyanı
idealist, bəziləri isə materialist istiqamətə aid edirlər. Əslində isə təlim mistik dini cərəyan
hesab olunmalıdır. Ayrı–ayrı materialist müddəalar bu cərəyanı materialist cərəyan hesab
etmək üçün kifayət deyildir. “Allah mənəm”, “Allah mənim özümdədir” fikri də allahın tam
inkarı deyil, onun insanda təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın
müqəddəs kitabı olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin
əsas olmaq funksiyasını itirmir.
Hürufiliyin ən böyük nümayəndəsi
İmaddəddin Nəsimi (1369-1417) olmuşdur (Əsl adı
Seyid Əli). Azərbaycanın filosofu Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini Şamaxıda
almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. X
əsrdə Bağdadda dara çəkilmiş həllac Mənsur Hüseynin Sufi görüşlərini təbliğ edən Nəsimi ilk
şeirini Hüseyni təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında Azərbaycanda geniş yayılmış
hürufi (hürufi ərəbçə hərflər sözündəndir) təşkilatları ilə əlaqə saxlamışdır. Fəzlullah Nəiminin
görüşlərini mənimsəyərək təriqətin fikirlərini təbliğ edən şeirləri yazmağa başlamış və bu
vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng deyilən Nəsimi təxəllüsü qəbul etmişdir.
1394-cü ildə Nəimi edam edildikdən sonra onun “Vəsiyyətnamə”sinə əsasən Nəsimi Təbrizə,
oradan da Anadoluya (Türkiyəyə) getmiş hürufilik ideyalarını yaydığı üçün
dəfələrlə zindana
salınmışdır. Ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, “kafir”, “dinsiz” elan
edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu başlıca yer
tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət əleyhinə alovlu etiraz səsini
qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi ucaldır, hətta “məndə sığar iki cahan, mən bu
cahana sığmazam” deyərək insanın qüdrətini tərənnüm edirdi, lakin insanı ilahiləşdirən
mütəfəkir onu göylərə qaldırmır, konkret insan obrazını nəzərdə tuturdu. Şairin lirik “məni”
elə bir aləmdir ki, bütün kainatın sirləri burada gizlənmişdir. O əzəli və əbədidir, dünyada
müxtəlif şəkillərdə təzahür edir. İnsan zəkasının, varlığın sirlərini açmağa qadir olduğuna dərin
inam bəsləyən Nəsimi ideyalarında insanın özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı.
Həyat və kainatın sirlərini dərk etməyə sə'y göstərən mütəfəkkir ardıcıl panteizm mövqeyində
durur, özündən əvvəlki panteistlər kimi ruhun cəmadət (cansız aləm), nəbadət və heyvanatdan
keçərək, insana doğru inkişafını qəbul edirdi. Nəsiminin fikrincə maddə məhv olmur. Əbədi
yaşayır, insan öldükdən sonra bitki şəklində yenidən həyata qayıdır. Beləliklə o, həyatı əzəli və
23
əbədi adlandırır. Lakin başqa panteistlərdən fərqli olaraq, Nəsimi bu fikirləri hürufilik
baxımından izah edir. Nəsimi həyat
gözəlliklərini təsdiq edən, ondan bəhrələnməyə çağıran
nikbin ruhlu mütəfəkkirdir. Nəsimi sufilərə tənqidi yanaşmış özünü dərk edən, həyatın zövqünü
bu dünyada görən, insan qüdrətinə inanan, onu həyatın yaradıçısı sayan, insan gözəlliyini təqdir
edən hünərli, iradəli bir şəxsiyyət olan “arif” obrazını onlara qarşı qoymuşdur. Nəsimi
yaradıcılığında onu kafirlikdə, dinsizlikdə təqsirləndirən ideya düşmənləri ilə mübarizəsi
əhəmiyyətli yer tutur. O, insanlar arasında dini etiqadlarına görə ayrı-seçkilik, düşmənçilik
salan “əyri nəzər” din xadimlərini qətiyyətlə pisləyir, bütün xalqları bir etiqada, dostluğa
səsləyirdi. Böyük Nəsiminin rübailərində hürufiliyin müddəaları, həyat və kainat haqqında
düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur.
Əbdülbaqi
Gölpınarlı
"Hürufilik
mətnləri
kataloqu"
adlı
əsərində
hürufiliyin
Anadoluda
Mir
Şərif
və
xüsusilə
böyük
Azərbaycan
şairi
İmadəddin
Nəsimi
tərəfindən
yayıldığını
bildirir.
O,
eyni
zamanda
bu
dövrdə
Azərbaycan
,
İran
,
İraq
və
Anadoluda
yayılan
hürufilik
təriqətinin
qüdrətli
şairidir.
İmadəddin Nəsimi
gözəl, vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında
böyük rol olmuşdur. K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən yazırdı: "Nəsimi olmasaydı,
hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi".
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik Asiyada və
Suriyada, eləcə də Orta Asiyada uyğurlar içərisində şöhrət tapmışdır.
Dostları ilə paylaş: