Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

N.B.Vəzirov, Q.B.Zakir və basqalarının ideyalarını Azərbaycan maarifçiliyinin birinci 
mərhələsinə aid etmək olar. 
Azərbaycan maarifçiliyinin ikinci mərhələsi-XIX əsrin sonu və XX əsrin əvvələrini 
əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokratik ideyalara 
qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla həyata keçirməyə meylli 
olması ilə fərqlənir. C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, 
S.Ağamalı oğlu, N.Nərimanov və b. ideyalarını ikinci dövrün radikal, inqilabi-demokratik 
maarifçiliyinə aid etmək olar. 
Dördüncüsü, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fikri üçün həm 
də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları maarifçiliyin ilkin dövrü 
nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata 
keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki, ilkin dövr maarifçiləri çıxış yolunu 
bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsində, dinc, ümumi sosial-siyasi, iqtisadi və 
mənəvi islahatların həyata keçirilməsində görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri 
əsas taktiki vasitə kimi yalnız ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm də 
radikal taktiki tədbirlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini, 
demokratik azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai 
bazasını, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial bazasını 
cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və s.) təşkil 
edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş C.Məmmədquluzadə, M.Ə.Sabir
Ü.Hacıbəyov, C.Ağamalı oğlu, V.Xuluflu, N.Nərimanov və b. inqilabi-demokratizmin əsas 
nümayəndələri idilər. 
Beşincisi, XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün 
səciyyəvi cəhətlər mətbuatda, kosmoloji düşüncədə, bioloji, tibbi və s. görüşlərdə elmi-realist 
ideyalara, dövrün təbii-elmi yeniliklərinə doğru dönüşdən ibarətdir. Bu dövr Azərbaycan 
ictimai fikrinin bir çox nümayəndələri (H.B.Zərdabi, C.Məmədquluzadə, N.Nərimanov, 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin