Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Məhəmmədcan oğlu Qarabaği panteist olmuşdur. Mənbələrin göstərdiyi kimi Yusif Qarabaği 
Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində dünyaya gəlmişdir. Anadan olduğu il məlum 
deyildir. Təzkirələrdə 1644– cü ildə vəfat etdiyi göstərilir. Yusif Qarabaği sxolast, filosof və 
kübravilik sufi ordeninin nümayəndəsidir. O, ilk təhsilini doğma yurdunda aldıqdan sonra İrana 
gedib. O, bir sıra elmləri, o cümlədən, riyaziyyat. astronomiya, tibb və s. elmləri dərindən 
öyrənir, fəlsəfə sahəsində zəmanəsinin görkəmli alimi kimi şöhrət qazanır. Yusif Qarabaği 
sonralar Orta Asiyaya mühacirət edir və oradan elmi yaradıcılığını davam etdirir. Buxara 
şəhərində vəfat etmişdir. 
Y.Qarabaği geniş əhatəli, dərin fəlsəfi biliyə və ətraflı elmi mütaliəyə malik filosof 
olmuşdur. Onun yaradıcılığı Yaxın və Orta Şərq və xüsusilə Azərbaycan, İran və Orta Asiya 
xalqlarının həyatı, məişət tərzi və mə'nəviyyatı ilə sıx surətdə bağlı olduğu üçün həmin 
xalqların mədəni ənənələri əsasında formalaşmışdır. Onun dünyagörüşü əsas etibarilə sufi-
panteist xarakter daşımışdır. Belə bir dünya baxışı, şübhəsiz orta əsrin müsəlman Şərqində 
hakim islam ideologiyası ilə uzlaşmayan və özündə mütərəqqi meylləri əks etdirən təfəkkür 
tərzi idi. 
Yusif Qarabağinin varlıq haqqında təlimi onun panteist olduğuna dəlalət edir. Yusif 
Qarabaği hər şeydən əvvəl varlığı fəlsəfənin öyrəndiyi obyekt hesab edərək, onun tam vəhdət 
halında mövcud olduğunu söyləyir. Mütəfəkkirin əqidəsinə görə təbiət və onun bir hissəsi olan 
insan arasında olan münasibətə oxşayır. Vahid və çoxluq, hissəcik və bütöv mövcudat vahid 
tam bir varlığı təşkil edir. Yusif Qarabağinin təliminə görə varlıq vahid olan tam bir bütövün 
ifadəsidir. Ayrı-ayrı cisim və hadisələrin arasında olan müştərək cəhətlər həmin mövcud 
olanların eyniyyət və tam bərabərlik təşkil etməsinə bir sübutdur. Buradan isə o, belə bir nəticə 
çıxarır ki, hər şey hər bir şeydə mövcuddur. 
Yusif Qarabaği dönə-dönə dünyanın vəhdətliyi fikri ilə daha çox bağlı olduğu üçün ikilik 
aləmini deyil, vəhdətlik aləmini qəbul etməyi zehni kamillik sayırdı. 
Yusif Qarabağinin panteist dünyagörüşündə varlığın vahid substansiyadan olması 
məsələsi elmi əsaslarla sübut edilməsə də, maddi aləm daimi hərəkətdə, dəyişiklikdə, inkişafda 
göstərilməsə də bütün mövcudatın - mədənlər, bitkilər, heyvanlar və insanlar arasında olan 
sədlər aradan qaldırılır və dünyanın vəhdətliyi məsələsi irəli sürülür. 
Yusif Qarabağinin hərəkət, məkan və zaman haqqındakı fikirləri metafizik çərçivədən 
kənara çıxa bilməmişdir. 
Yusif Qarabağinin idrak və məntiq sahəsində də dövrünə görə xidmətləri olmuşdur. 
Qarabaği məntiq elmini və nəzəriyyəsini təhlil və inkişaf etdirməkdə peripatetiklər kimi əsas 
e'tibarilə Qədim Yunan filosoflarının, xüsusilə Ərəstunun idrak və məntiq nəzəriyyəsinə istinad 
etmişdir. Onun idrak və məntiq sahəsindəki baxışları “Xanəgah haşiyələri”, “Təhzibin şərhinə 
dair haşiyə” və qismən “Həft behişt” əsər və traktatlarında şərh edilmişdir. 
Yusif Qarabağinin dünyanın dərk edilməsində hissi idrakın rolunu müsbət 
qiymətləndirdiyi və xüsusi olaraq dönə-dönə qeyd etdiyi üçün o, dövrünün sensualist filosofu 


28 
kimi çıxış etmişdir. Filosof xarici və daxili hissləri biliyimizin ilk mənbələri və insanı ətraf 
mühitlə bağlayan amillər kimi səciyyələndirməyə səy göstərmişdir. 
Yusif Qarabağinin əqidəsinə görə əsl insan nəfsin ən yüksək qüvvəsidir. Filosof əqli bir 
çox hallarda insanı nəfsi mücərrəd təfəkkürə və ümumi idraka aparan, fəhmi (intellekti) isə 
insani nəfsin bir qüvvəsi kimi bilikləri kəsb edən vasitə hesab etmişdir. Yusif Qarabaği idrak 
təlimində bir sıra ərəb dilli filosofların, o cümlədən, Fərabi, İbn Sina, Bəhmənyar və 
başqalarının arxasınca gedərək bu fikirdə olmuşdur ki, əql anlayışların, kateqoriyaların 
və universalın əldə edilməsi üçün nəfsin orqanıdır. Göründüyü kimi Qarabağinin idrak 
nəzəriyyəsində sensualizm ilə rasionalizmin əlaqələndirilməsi müşahidə olunur. 
Filosofun fikirlərindən tamamilə aydın olur ki, hissi məlumatlar olmadan, ruhi, məntiqi,
iradi fəaliyyət, məfrumların yaranması, əqli nəticələrin çıxarılması və s. mümkün deyildir. 
Yusif Qarabağinin mühüm əsərlərinin öyrənilməsi göstərir ki, o, öz yaradıcılığında 
sistemləşdirilmiş şəkildə olmasa da, ayrı-ayrılıqda etik və əxlaq məsələlərinə toxunmuşdur. 
Yusif Qarabağinin əxlaqa dair mühakimələri onun ümumfəlsəfi mühakimələri ilə bağlı idi. 
Qarabaği öz səlnamələri kimi əsas etibarilə insanların bütün yaxşı əxlaqi keyfiyyətlərinə malik 
olmasını, səadət və xoşbəxtliyə çıxmasını, həyatdan zövq almasını və s. həqiqətin 
öyrənilməsində və dərk edilməsində görürdü. Məhz buna görə də onun etik baxışlarında azad 
fikirlilik və s. kimi mühüm xüsusiyyətlər öz əksini tapmışdı. Filosof insana hörmət bəsləməyi, 
mehriban münasibəti, rəhmdil olmağı, hətta o zaman ən müqəddəs, savab iş sayılan Kəbə 
ziyarəti kimi dini adətdən üstün tuturdu. O, “Həft behişt” əsərində yazmışdı: “İnsanların ürəyini 
ələ gətir ki, bu ən böyük ibadətdir. Bir ürəyi ələ gətirmək min dəfələrlə Kəbə ziyarətindən 
yaxşıdır”. Mütəfəkkirin bu sözləri onun sələflərinin, xüsusən məşhur Şərq panteistləri Mənsur 
Həllacın və Mahmud Şəbüstərinin buna oxşar fikirləri ilə yaxından səsləşirdi. 
Yusif Qarabağidə nikbinliyə, həyatda sevincə və şadlığa qovuşmağa çağırış motivləri də 
vardır. Məsələn, “Ürək yumurtasının keşiyində duran bir quş ol, çünki ürək yumurtasından 
sevinc və şadlıq doğulur”. 
Deyildiyi kimi Yusif Qarabaği öz etik görüşlərində insan əqlinə və zəkasına böyük qiymət 
vermiş, əqli insanların tərbiyəsi üçün əsas vasitələrdən biri hesab etmişdir. Filosof Şərqin 
böyük mütəfəkkiri Sədi Şirazinin “İnsanın böyüklüyünü göstərən yaş deyil əqildir” kəlamını 
təkrarlayaraq ağıllı və zəkalı insanları yüksək qiymətləndirmişdir. Məhz buna görə də Yusif 
Qarabaği biliyi və elmi insanların mənəvi zinəti adlandırmışdır. Yusif Qarabağinin etik 
baxışlarında diqqəti cəlb edən məsələlərdən biri də ədalətli olmaqdır. Mütəfəkkir bu barədə 
əsas etibarilə sufi-panteistlərin, o cümlədən, Mahmud Şəbüstərinin mövqeyində durmuşdu. 
Yusif Qarabağinin etik baxışlarında adamların öz mənliyini saxlaması və şərafətli 
yaşaması kimi gözəl əxlaqi sifətlər diqqətə layiq yer tutur. O, şərəfliyə qarşı duran mənfi əxlaqi 
keyfiyyətləri alçaqlıq və rəzalət adlandıraraq onları pisləyirdi. Mütəfəkkir həyatda vəfalı və 
sədaqətli olmağı da insanın ən yaxşı mənəvi xüsusiyyəti kimi qiymətləndirmişdi: 
“hər kəsdən, hətta itdən belə vəfa görünərsə, xoşdur”. Mütəfəkkir belə bir ideyanı təqdim 


29 
etməyə çalışırdı ki, insan gərək dostluqda sədaqətli, möhkəm və dönməz olsun, heç kəs və heç 
bir şey bu dostluğu sarsıda bilməz. 
XVII əsr Azərbaycan xalqının mütərəqqi fikirli görkəmi filosoflarından biri də Mirzə 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin